Bizə yazın

Baku

-°C

USD

-

Bakının Xəzər rayonu və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Cəmiyyət 01 Oktyabr 2024, 20:03

27939

Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası olaraq, Saray körpüsü ətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək.

Bu barədə  CityPost.az-a "Azəriqaz" İB-dən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə 02.10.2024-cü il saat 11:00-dan işlər yekunlaşanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin Novruz, Təzə və Köhnə Corat qəsəbələrinin, Novxanı, Qurd dərəsi, Corat və Saray bağlarının, 11-12-13-17-ci və18-ci mikrorayonların bir hissəsinin, 20-ci və 21-ci mikrorayonların, eləcə də 47, 48, 49, 51, 52, 53-cü məhəllələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu gün Mir Şahin Ağayevin ad günüdür

Mir Şahin Azərbaycan tele-məkanın və  müstəqillik tariximizin canlı arxividir.Mir Şahin bu günə təsadüfən gəlməyib. Onun çiynində illərin təcrübəsi var. Vətənə, dövlətə, millətə xidməti var.Azərbaycan Prezidenti onu bu xidmətinə görə dəfələrlə təltif edib. Və bu, sadəcə orden, medal deyil. Bu, dövlətin sənə güvənirəm deməsidir. Bu, Prezidentin sən mənim əsgərimsən deməsidir.Və Mir Şahin bu güvəni heç vaxt boşa çıxarmayıb. Ən çətin günlərdə, ən ağır günlərdə, müharibə günlərində, sülh günlərində o, həmişə eyni yerdə olub, dövlətin, millətin, prezidentin yanında. O, Real TV-nin rəhbəri  həm də sıravi əməkdaşıdır. Bəli, Mir Şahin üçün rəhbərlik kabinetdə oturmaq deyil. Onun üçün rəhbərlik əməkdaşların arasında olmaqdır.Mir Şahini ilk...

12 Noyabr 2026, 21:57

İsveçrə səfiri Ağstafaya səfər edib

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tomas Ştəli Ağstafa rayonuna işgüzar səfər edib.  Citypost.az xəbər verir ki, səfər proqramının ilk hissəsində Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında İH başçısı ilə işgüzar görüş baş tutub.Görüş zamanı rayonun sosial-iqtisadi inkişafı, aqrar sektorun mövcud potensialı və perspektiv layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Seymur Orucov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin İsveçrə Konfederasiyası ilə dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O qeyd edib ki, hazırda ikitərəfli münasibətlər qarşılıqlı hörmət, yüksək səviyyəli siyasi dialoq və səmərəli iqtisadi tərəfdaşlıq prinsipləri üzərində dinamik şəkildə inkişaf edir. Bildirilib ki, İsveçrənin “iCsquared...

12 Noyabr 2026, 19:12

AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurdu

Azərbaycan Hava Yollarının (AZAL) təcrübəçi pilotu Rüfət Cumallı Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarını uğurla başa vurub.Citypost.az  APA-ya istinadla xəbər verir ki, Rüfət Cumallı 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib. O, 2024-cü ilin dekabr ayından etibarən AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzində təlim uçuşlarına başlayıb.Pilot bildirib ki, hazırlığın ilkin mərhələsində tək mühərrikli “Cessna 172” tipli təyyarədə uçuşlar həyata keçirib. Daha sonra isə iki mühərrikli “Diamond 42” təlim təyyarəsi ilə hazırlığını davam etdirib.ƏtraflıRüfət Cumallı sonuncu imtahan uçuşunu da uğurla başa vurduğunu və bununla da təlim prosesini tamamladığını bildirib.O, bu imkanı yaratdığına görə AZAL-ın rəhbərliyinə və kollektivinə təşəkkür edib.Qeyd edək ki,...

12 Noyabr 2026, 19:00

Mətbuat Şurasında azərbaycançılıq ideyası və yeni dövrün çağırışları müzakirə edilib

Mətbuat Şurasında "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masa keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə çıxış edən akademik Nizami Cəfərov azərbaycançılıq ideyasını ilk növbədə xalqın etnoqrafik özülü kimi dəyərləndirib.Onun sözlərinə görə, azərbaycançılıq xalqın milli kimliyini gücləndirən ideologiyadır:"Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasını üç mühüm komponent təşkil edir: etnos, din və ümumbəşəri dəyərlər. Birinci komponent türkçülük, yəni Azərbaycan xalqının etnik mənsubiyyətidir. İkinci komponent dindir. Etnos və din arasındakı münasibətlər mədəni dialoq üzərində qurulmalı, bu iki anlayış bir-birini tamamlamalıdır. Üçüncü komponent isə ümumbəşərilikdir. İnsan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, eyni zamanda, bəşəriyyətin bir parçasıdır. Azərbaycan xalqının milli kimliyinin formalaşmasında bu...

12 Noyabr 2026, 18:30

Bu il qəzalarda ölənlərin 32 faizi təhlükəsizlik kəməri bağlamayanlar olub

2026-cı ilin 10 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 30,9 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.BDYPİ-nin məlumatında qeyd olunub ki, təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitə olaraq qalır. Dəfələrlə təsdiq olunub ki, kəmərdən istifadə edənlər yol qəzası zamanı daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır:"Ötən gün Şəmkirdə iki gəncin həlak olması, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təhlili bir daha göstərir ki, bir...

12 Noyabr 2026, 18:20

Yasamalın icra başçısı sakinlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda noyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.Citypost.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü 18 nömrəli tam orta məktəbin akt zalında təşkil olundu. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin...

12 Noyabr 2026, 18:08