Maqnit qasırğaları zamanı sağlam qidalanmanın yolları
Cəmiyyət 05 Oktyabr 2024, 13:12

490
"Maqnit qasırğaları zamanı məhsuldar həyat tərzini qorumaq üçün düzgün istirahəti təmin etmək və həddindən artıq gərginlikdən çəkinmək vacibdir".
Citypost.az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına müsahibəsində rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin danışıb.
O, qidalanmaya diqqət yetirməyi, yağlı, qızardılmış və hisə verilmiş qidalardan uzaq durmağı tövsiyə edib. Maqnit qasırğalarının müşahidə olunduğu günlərdə çay və qəhvədən imtina etmək, tərəvəz, meyvə, dovşan və quş əti ilə qidalanmaq, həmçinin bol su içmək məsləhətdir.
Kondraxin düzgün yuxunun vacibliyini də xatırladıb - gündə ən azı səkkiz saat yatmaq lazımdır. O xəbərdarlıq edib ki, yuxusuzluq stres hormonlarının toplanmasına səbəb olur və xroniki yorğunluğa yol açır.
Həmçinin oxuyun
"Maqnit qasırğaları ilə birlikdə bu, iş qabiliyyətini azaldaraq, stresi artıra bilər" , - deyə əlavə edib.
Həkim idmanla məşğul olmağın mümkün olduğunu, lakin həddindən artıq fiziki fəaliyyətdən çəkinməyin vacib olduğunu da vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun mətbuat xidmətinin məlumatına görə, oktyabrın 4-dən 5-dək güclü maqnit qasırğası gözlənilir.(oxu.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Mingəçevirin 12 küçəsində qaz olmayacaq
İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.Bu barədə CityPost.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir-1 ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü orta təzyiqli daşıyıcı qaz xəttinin kompressor (1-atm) vasitəsi ilə kipliyə sınaq ediləcək.Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçənin 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır....
11 İyul 2025, 22:42

Veysəl Əyyubov vəzifəsindən azad edildi - FOTO
Mingəçevir Dövlət Universitetinin (MDU) prorektoru vəzifədən azad olunub.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, uzun illərdir MDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışan Veysəl Əyyubov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.Onun yerinə hələ ki yeni təyinat olmayıb.
11 İyul 2025, 17:11

Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manata çatıb
2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub.CityPost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, onlardan 873,0 min nəfəri dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Muzdla işləyənlərin 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 13,6 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti,...
11 İyul 2025, 14:46

“Respublika” və “Xalq qəzeti” birləşdirilib, “Bakinski raboçi” qəzetinin hüquqi forması dəyişdirilib
Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi.CityPost.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.Bundan başqa sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq....
11 İyul 2025, 13:26

Şənbə günü havanın temperaturu 40 dərəcəyədək artacaq
Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən CİTYPOST.AZ-A verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25°, gündüz 35-39° isti, dağlarda isə gecə 10-15°, gündüz 20-25° isti olacaq....
11 İyul 2025, 13:14

Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın məlumatına görə, 2025-ci il iyulun 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0423 manata kimi, avro 1,9849 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1912 manata kimi bahalaşıb.
11 İyul 2025, 09:10