Bizə yazın

Baku

-°C

USD

-

5 nəfəri öldürüb cəza almayan qatil -AÇIQ QALAN 2 SUAL

Cəmiyyət 12 Oktyabr 2024, 14:00

677

Xəbər verildiyi kimi, 5 ailə üzvünün qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Yekun qərarla o, cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı ixtisaslaşmış psixiatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Əhməd Əhmədovun cəzadan azad edilməsi onun məhkəmə zalından azadlığa buraxılması kimi anlaşılıb. Bu yanaşmadan çıxış edən cəmiyyətin bir çox üzvləri hiddətlərini gizlətməyib, ailə üzvlərini bıçaqdan keçirən birinə göstərilən münasibəti həddindən artıq humanist hesab ediblər.

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov cəmiyyəti narahat edən qərarla bağlı izahverici açıqlama verib. Deyib ki, məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhməd Əhmədova Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü – ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Prokuror qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhməd Əhmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb: “Məhkəmə baxışında Əhməd Əhmədovun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Əhməd Əhmədovu, bacısı Elmira Əhmədovanı, sonuncunun azyaşlı qızı 2021-ci il təvəllüdlü Ülviyyə Sərxan qızı Niftəliyevanı, anası Pikə Bədəl qızı Əhmədovanı və 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Əhmədovu xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib. Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər 2 ekspert rəyi ilə Əhməd Əhmədovun ona istinad edilən cinayət əməlini törədərkən ”Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib. Eyni zamanda hazırkı psixi vəziyyətinə görə Əhməd Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.

Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Əhməd Əhmədovun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdiriləcək.

Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.

Əhməd Əhmədov sağalarsa, o, profilaktik dərmanlarla xəstəxanadan sərbəst buraxıla, cəmiyyət içinə çıxa bilərmi? Ümumiyyətlə, belə xəstələr sağalırmı?

İkincisi, məhkəmə mirasla bağlı (boş və yiyəsiz qalmış mənzillər, avtomobillər və s.) hansı qərarı verəcək, miras dövlətin nəfinə keçirilə bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Əhməd Əhmədovla bağlı qəbul edilən qərar onun azad edilməsi demək deyil: “Əhməd Əhmədov məcburi müalicəyə göndərildiyi xəstəxanada cinayət törətmiş, lakin xəstəliyi ekspertiza rəyi ilə təsdiqlənən şəxslər üçün ayrıca, xüsusi rejimli bina yerləşir. Əhməd Əhmədov xəstəliyinin gedişatından asılı olaraq ömürlük orada qala bilər”.

Natiq Ələsgərov Əhməd Əhmədovun xəstəliyinin gedişatından asılı olaraq azadlığa buraxıla biləcəyini də istisna etməyib: “Mümkündür ki, pasiyent müalicəyə müsbət reaksiya versin və 3-5 ilə xəstəliyi daha mülayim fazaya keçsin. Bu halda ekspertizanın rəyi ilə şəxsin həkim nəzarəti altında azadlığa buraxılması da mümkündür”.

Natiq Ələsgərov bildirib ki, Əhmədovların mal-mülklərini qəbul edən şəxslər Əhməd Əhmədov azadlığa buraxılacağı təqdirdə ona sahib çıxa bilərlər: “Ümumi qayda belədir ki, mirası qəbul edən şəxs xəstə ailə üzvlərinə də qəyyumluq edir. Amma mirası qəbul edən xəstə ailə üzvündən imtina da edə bilər”.//Musavat.com

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mingəçevirin 12 küçəsində qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.Bu barədə CityPost.az  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir-1 ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü orta təzyiqli daşıyıcı qaz xəttinin kompressor (1-atm) vasitəsi ilə kipliyə sınaq ediləcək.Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçənin 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır....

11 İyul 2025, 22:42

Veysəl Əyyubov vəzifəsindən azad edildi - FOTO 

Mingəçevir Dövlət Universitetinin (MDU) prorektoru vəzifədən azad olunub.CityPost.az  Teleqraf-a istinadən xəbər verir ki, uzun illərdir MDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışan Veysəl Əyyubov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.Onun yerinə hələ ki yeni təyinat olmayıb.

11 İyul 2025, 17:11

Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manata çatıb 

2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub.CityPost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, onlardan 873,0 min nəfəri dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Muzdla işləyənlərin 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 13,6 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti,...

11 İyul 2025, 14:46

“Respublika” və “Xalq qəzeti” birləşdirilib, “Bakinski raboçi” qəzetinin hüquqi forması dəyişdirilib 

Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi.CityPost.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.Bundan başqa sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq....

11 İyul 2025, 13:26

Şənbə günü havanın temperaturu 40 dərəcəyədək artacaq 

Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən CİTYPOST.AZ-A verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25°, gündüz 35-39° isti, dağlarda isə gecə 10-15°, gündüz 20-25° isti olacaq....

11 İyul 2025, 13:14

Bu günün valyuta məzənnələri 

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın  məlumatına görə, 2025-ci il iyulun 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0423 manata kimi, avro 1,9849 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1912 manata kimi bahalaşıb.

11 İyul 2025, 09:10