COP29-a görə 16 nəqliyyat qovşağı yaradıldı

Cəmiyyət

01 Noyabr 2024, 17:34
COP29-a görə 16 nəqliyyat qovşağı yaradıldı
33

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı yaradılıb.

CityPost.az xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

Onun sözlərinə görə, qovşaqlar otellərin və iştirakçıların yerləşdirildiyi yaşayış komplekslərinin olduğu sahələrdə yaradılacaq:

"Bu, əsasən Bakı və Abşeronu əhatə edir. Qovşaqlar vasitəsilə hava limanına və konfransın keçirildiyi məkana daşımalar həyata keçiriləcək".

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%