Bizə yazın

Baku

-°C

USD

-

Naxçıvana uçanların "SİMA" problemi - AZAL açıqlama yaydı

Cəmiyyət 13 Fevral 2025, 15:06

31228

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü ilin oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı “SİMA” rəqəmsal  imza tətbiq etməyə başlayıb. Qurumun yaydığı rəsmi açıqlamaya görə,bu yenilik sözügedən istiqamət üzrə aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.

AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq etdikdən sonra əməliyyatı həyata keçirə bilərlər.

Qeyd olunan yenilik bir çox vətəndaşlarda müsbət qarşılansa da,tətbiqdən narazılıq edənlər də var.
Mövzu ilə bağlı  CityPost.az-a  danışan vətəndaş Elyar İslamoğlu bildirib ki, valideynləri, ailə üzvləri yanlarında olmayan zaman onlayn  şəkildə bilet ala bilmirlər.

“Bugün  mən işdə  və ya evdən  kənarda olduğum  zaman ailə üzvlərimə  onlayn bilet ala bilmirəm. Ona  görə ki, bilet  alacağım ailə üzvüm mənim yanımda olmalı və öz  telefonundakı  “SİMA”  tətbiqi  vasitəsilə bilet alışını  təsdiq etməlidir. Yaxud  özümə də həmin vaxt bilet almalıyam.  Əvvəllər  ailə üzvlərimiz üçün  bileti onlayn  rahat ala bildiyimiz  halda  artıq bu mümkün deyil.  

Fotoda Elyar İslamoğlu

 


Naxçıvana onlayn   bilet alışına “SİMA” rəqəmsal imza tətbiq etməyə çalışanlar yaşlıları, smart telefonu olmayanları, telefondakı tətbiqlərdən istifadə edə bilməyən şəxsləri nəzərə almayıb.”,-deyə vətəndaş bildirib.

 Elyar İslamoğlu qarşılaşdığı problemlə bağlı AZAL-a da müraciət edib. Aldığı cavab onu qane etməyib.

“AZAL-ın qaynar xətti ilə problemlə bağlı əlaqə saxladım. “Aviakassalardan bilet alın” deyə  məsləhət verdilər. Bəs  vaxta qənaət? Elektron xidmətlərin əlçatımlılığı? Bəs vətəndaşa xidmət? Axı bilet alışına “SİMA” imza tətbiq etməmişdən  rahat şəkildə  biletlərimizi onlayn  alaraq  həm işimizdən olmurduq, həm də vaxta qənaət edirdik. Asan işimizi çətinə salanlar bu problemi həll etməlidir.”,-deyə şikayətçi bildirib.

Digər vətəndaş Rəhman Seyidzadə də bu yenilikdən narazılıq edənlər sırasındadır. R.Seyidzadə bu haqda feysbuk səhifəsində paylaşım edib.

“Siz  bu  tətbiqi AZAL-ın  portalına  tətbiq edərkən, düşündünüzmü ki, Naxçıvana gedən sərnişinlərdən ahıl, xəstə, fiziki imkanları məhdud olanları var? Cavan vətəndaşlar öz atası, babası, nənəsi üçün Bakıdan oturub asanlıqla bilet ala bilirdi. Nə üçün AZAL-ın  portalında xarici vətəndaşlar üçün “SİMA” lazım olmur, asanlıqla ala bilər bilet? Başa düşüləndir xarici vətəndaşın şəxsiyyətini təstiq edən sənədlərlə DİN-in  məlumat bazası uyğunsuzluq təşkil edir, demək ki, nəticədə məlum olur ki, “SİMA” sız da mümkündür bilet almaq. Kimin təxəyyülünün məhsuludur bu?.Elə ahıl var ki, heç sadə mobil telefonu belə yoxdur, çünki istifadə etməyi bacarmır. Bəs, bu ahıl  insanlar  nə etsin,onlar nə üçün nəzərə alınmayıblar? ”,-deyə vətəndaş bildirib.

 

Mövzu ilə bağlı AZAL sorğuya cavab verib. 

 
Açıqlamada qeyd olunur ki, şəxsiyyətin təsdiqlənməsi prosesi milli aviadaşıyıcının sisteminə tamamilə inteqrasiya olunub. Sərnişinlər AZAL-ın saytında bilet alarkən “SİMA İmza” ilə QR-kodu oxudaraq, AZAL-ın tətbiqində isə “SİMA İmza” tətbiqinə keçid edərək şəxsiyyətlərini təsdiqləyə bilərlər. Onlayn bilet alışı zamanı bir neçə sərnişin üçün bilet alındıqda onlardan yalnız bir nəfərin "SİMA İmza" ilə təsdiq prosesindən keçməsi kifayətdir.
 
Qeyd edək ki, “SİMA İmza”da qeydiyyat prosesi kifayət qədər sadədir. Hər bir vətəndaş mobil tətbiqi yükləyib cəmi bir neçə dəqiqəyə rahatlıqla qeydiyyatdan keçə bilər.
 
Xüsusilə vurğulamaq istərdik ki, bu addım Bakı-Naxçıvan-Bakı marşrutunda aviabiletlərin alışı prosesinin rəqəmsallaşdırılması və eyni zamanda şəffaflığın artırılması məqsədini daşıyır.
 
Naxçıvan  istiqamətində biletləri AZAL-ın kassalarından da almaq mümkündür.

 

Məsələ  ilə bağlı “SİMA” da sosial şəbəkədə  mövqeyini açıqlayıb.

"Bildirmək istərdik ki, yeni nəsil rəqəmsal həll olan "SİMA İmza" vətəndaşlar üçün tam ödənişsizdir.
Əlavə olaraq qeyd etmək istərdik ki, Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsindən avia bilet əldə etmək üçün “Digital Login” Vahid Giriş Sistemi tətbiq olunur və burada "SİMA İmza" həllindən əlavə istifadəçilərə müxtəlif alternativ imkanlar da təqdim edilir.
Qeyd edək ki, hazırda "SİMA İmza" istifadəçi sayı 3 milyonu ötüb.İstifadəçilərimiz arasında 90 yaş üzərində olan vətəndaşlar da mövcuddur və bu say hər gün artmaqdadır.
"SİMA İmza" tətbiqinin istifadəyə verilməsi ilə vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığı aradan qaldırılıb. İndi internetə çıxışı olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə "SİMA İmza" tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir.",-deyə yayılan postda qeyd olunub.

 

Miri Məcidli

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur.CityPost.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

15 Noyabr 2026, 22:17

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” keçirilib

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Yubiley gecəsi” adlı möhtəşəm konsert proqramı təşkil olunub.Citypost.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gecədə ilk olaraq Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov çıxış edərək Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.Daha sonra gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri Zeynəb Xanlarova, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Teyyub Aslanov, Samir Cəfərov,...

15 Noyabr 2026, 21:37

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

15 Noyabr 2026, 21:06

Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir...

15 Noyabr 2026, 20:58

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib.CityPost.az  xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli radio və televiziya işçiləri, Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanların əsas informasiya mənbəyi olmaqla yanaşı, milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına mühüm töhfələr verdi.Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanımızda yeni mərhələnin əsası qoyuldu. Televiziya cəmiyyətin maariflənməsində, milli-mədəni irsimizin təbliğində, ictimai rəyin formalaşmasında və ölkəmizdə baş verən mühüm hadisələrin geniş...

15 Noyabr 2026, 20:18

Deputat anasını təbrik etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov paylaşımı ilə diqqət çəkib.Oxu24.com xəbər verir ki,deputat anasının doğum gününü sosial şəbəkələr vasitəsi ilə təbrik edib."Bu gün bu gözəl insanın 75 yaşı tamam olur. Anamı, eləcə də bu gün ad günü olan bütün valideynləri səmimi-qəlbdən təbrik edirəm. Allah bütün valideynləri qorusun!",-deyə millət vəkili qeyd edib.Qeyd edək ki,Ceyhun Məmmədov 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsindən deputat seçilib.İlahiyyat üzrə fəlsəfə doktoru olan millət vəkili evlidir,1 övladı var.51 yaşlı deputat Cəbrayıl rayonu, Şükürbəyli kəndindəndir.Beynəlxalq İslama Dəvət Kollecini və  Xəzər Universitetini bitirib.Ərəb dilində sərbəst danışa bilir....

15 Noyabr 2026, 20:03