Maskdan İDDİA: Onu öldürmək istəyirlər?
Dünya 19 Mart 2025, 17:14
14363
ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder iş adamı İlon Mask pis insanların onu öldürmək istədiyini iddia edib.
Citypost.az xəbər verir ki, son həftələrdə federal bürokratiyanı azaltmaq səylərinə görə tənqid hədəfinə çevrilən Mask bu barədə "Fox News"un aparıcısı Sean Hannity ilə danışıb.
Prezident Donald Trampın ikinci dönəmində administrasiyada aktiv rol oynayan Mask müsahibəsində “Belə çıxır ki, insanlar, bildiyiniz kimi, saxta yolla aldıqları pulları əlindən alanda çox əsəbləşirlər” deyib.
"Və onlar əsasən məni öldürmək istəyirlər, çünki mən onların fırıldaqlarını dayandırıram və onlar Teslaya zərər vermək istəyirlər, çünki biz hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırırıq və məncə, onlar pis insanlardır. Pis insanlar pis işlər görür", - Mask deyib.
Şirkəti "Tesla"nın sülhsevər olduğunu iddia edən Mask, "Mən heç vaxt zərərli bir şey etməmişəm. Mən yalnız məhsuldar işlər görmüşəm. Düşünürəm ki, burada bir növ ruhi xəstəlik var".
Daha əvvəl ona qarşı heç bir nümayiş keçirilmədiyinə diqqət çəkən Mask, "Məncə, iş başında daha böyük qüvvələr var, bəs bunu kim maliyyələşdirir və kim koordinasiya edir? Çünki bu, çılğınlıqdır. Daha əvvəl belə bir şey görməmişdim",-deyə qeyd edib.
"Tesla" dilerləri qarşısında etirazlar
Ayın əvvəlindən ölkənin müxtəlif yerlərində Maskın Baş İcraçı Direktoru (CEO) olduğu "Tesla"nın avtosalonları qarşısında nümayişlər keçirilir və etirazlar zamanı bəzi şəxslər saxlanılıb.
Prezident Tramp özünün baş məsləhətçisi təyin etdiyi Maska dəstəyini göstərmək üçün "Tesla" avtomobili alıb.
Tramp vurğuladı ki, "Tesla" dilerlərinə qarşı zorakılıq aktları məişət terroru kimi səciyyələndiriləcək və cinayətkarlar üçün ağır nəticələrə səbəb olacaq.
Yeganə
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Citypost.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Vaz 2107” markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib....
20 Noyabr 2026, 16:23
Fransada siyasi böhran və iqtisadi narahatlıq: Makron hakimiyyətinin çətin sınağı
Fransa Avropanın aparıcı dövlətlərindən biri olsa da, son dövrlərdə ölkə daxilində siyasi parçalanma, iqtisadi narazılıq və sosial gərginlik getdikcə daha çox hiss olunur. Prezident Emmanuel Makronun qarşılaşdığı əsas çətinlik yalnız hökumətin idarəetmə imkanları deyil, həm də cəmiyyətdə dövlət institutlarına və siyasi rəhbərliyə inamın zəifləməsidir.Mövzu ilə bağlı CityPost.az-a danışan ekspert Şəmsi Qoca bildirib ki,Son aylarda etirazların əsas hərəkətverici qüvvələrindən biri gənclər və təhsil işçiləri olub.Məktəblərdə sıxlıq, müəllim çatışmazlığı, universitetlərə qəbul imkanlarının məhdudluğu ilə başlayan narazılıq sonradan maaşların artırılması, yanacağın bahalaşması və yaşayış xərclərinin yüksəlməsi tələbləri ilə birləşib. Noyabrın 17-də dövlət sektorunda çalışanların tətili və ölkənin müxtəlif şəhərlərində keçirilən nümayişlər göstərdi ki, hökumətin həmkarlar ittifaqları...
20 Noyabr 2026, 15:10
Novi Sadda güclü fırtına gözlənilir: Mer təcili iclas çağırdı
Serbiyanın Novi Sad şəhərində gözlənilən güclü fırtına ilə əlaqədar fövqəladə tədbirlər görülür. Şəhər rəhbərliyi kommunal və digər aidiyyəti xidmətləri mümkün təhlükələrə qarşı hazırlıqlı olmağa çağırıb.Citypost.az TANJUG-a istinadən xəbər verir ki, Novi Sad şəhərinin meri və Fövqəladə Hallar üzrə Şəhər Qərargahının rəhbəri Jarko Miçin Serbiya Respublikasının Hidrometeorologiya İnstitutunun xəbərdarlığından sonra qərargahın təcili iclasını çağırıb. Bu, qərargahın beşinci fövqəladə iclası olub.İclasda şəhərin tabeliyində olan bütün dövlət və kommunal xidmət müəssisələrinə, eləcə də digər aidiyyəti qurumlara qabaqlayıcı tədbirlər görmək, işçi heyətinin və texnikanın hazırlığını təmin etmək tapşırılıb. Məqsəd fırtına zamanı operativ reaksiya vermək və onun mümkün fəsadlarını vaxtında aradan qaldırmaqdır.Hidrometeorologiya İnstitutunun məlumatına görə,...
20 Noyabr 2026, 09:21
İtaliyalı tanınmış jurnalist Korrado Augias 91 yaşında vəfat edib
İtaliyanın tanınmış jurnalisti, yazıçı, televiziya aparıcısı və siyasi şərhçisi Korrado Augias 91 yaşında dünyasını dəyişib. Ömrünün son günlərinədək fəaliyyətini davam etdirən Augias ölkənin mədəniyyət və jurnalistika həyatında mühüm iz qoyub.Citypost.az ANSA agentliyinə istinadən xəbər verir ki, Augias 19 noyabrda vəfat edib. O, mədəniyyət, tarix, ədəbiyyat və müasir cəmiyyətlə bağlı verilişləri, məqalələri və kitabları ilə geniş auditoriyanın rəğbətini qazanmışdı. 2023-cü ildən etibarən La7 telekanalında “La Torre di Babele” proqramının aparıcısı olub.Məlumat üçün bildirək ki, 1935-ci il yanvarın 26-da Romada anadan olan Augias jurnalistlik karyerasına İtaliyadan kənarda da davam edib. O, Paris və Nyu-Yorkda Rai telekanalının müxbiri kimi çalışıb. Daha sonra “La...
20 Noyabr 2026, 09:17
Avropa Komissiyası Bolqarıstana qarşı iki yeni pozuntu işi açıb
Avropa Komissiyası Bolqarıstanın Avropa İttifaqı qaydalarını pozması ilə bağlı iki yeni hüquqi prosedura başlayıb. İşlər nağdsız ödənişlərdə dələduzluqla mübarizə və meşələrin qırılmasının qarşısının alınması ilə bağlı tələblərin yerinə yetirilməməsini əhatə edir.Citypost.az “The Sofia Globe” nəşrinə istinadən xəbər verir ki, Komissiya Bolqarıstana nağdsız ödəniş vasitələrinin saxtalaşdırılması və bu sahədə dələduzluqla bağlı cinayət əməllərini müəyyən edən Aİ direktivinin düzgün tətbiq edilməməsinə görə rəsmi bildiriş məktubu göndərib. Bu, pozuntu prosedurunun ilk mərhələsidir.Digər iş isə Aİ-nin Meşələrin Qırılması Qaydalarının icrası ilə bağlıdır. Qaydalara əsasən, üzv dövlətlər meşələrin qırılmasına və deqradasiyasına səbəb olan məhsulların Avropa bazarına daxil olmasının qarşısını almalı, bu sahədə nəzarəti həyata keçirəcək...
20 Noyabr 2026, 01:08
BVF: Süni intellekt investisiyalarının gəlirliliyi Asiyanın iqtisadi artımına təsir edəcək
Süni intellektə yatırılan böyük vəsaitlərin nə qədər gəlir gətirəcəyi Asiyanın gələcək iqtisadi inkişafı üçün əsas amillərdən biri ola bilər. Beynəlxalq Valyuta Fondunun rəsmisi hesab edir ki, bu məsələ ABŞ-ın qabaqcıl çiplərin ixracına tətbiq etdiyi məhdudiyyətlərdən daha böyük əhəmiyyət daşıya bilər.Citypost.az CNA-ya istinadən xəbər verir ki, BVF-nin idarəedici direktorunun birinci müavini Den Katz bu barədə Sinqapur FinTech Festivalı çərçivəsində danışıb. Onun sözlərinə görə, ABŞ-ın bir sıra Asiya ölkələrinə süni intellekt çiplərinin ixracı ilə bağlı sərtləşdirdiyi qaydaların iqtisadi təsirini indidən dəqiq qiymətləndirmək çətindir.ABŞ Ticarət Nazirliyi Sinqapur, Tayland, Malayziya, İndoneziya və Braziliyaya qabaqcıl süni intellekt çiplərinin ixracına daha sərt nəzarət tətbiq edəcəyini açıqlayıb....
20 Noyabr 2026, 00:32