Bizə yazın

Baku

-°C

USD

-

Zelenski: "Bu gün Kiyev üçün ən böyük zərbələrdən biri oldu"

Dünya 10 İyun 2025, 16:15

790

"Rusiyanın zərbələri ABŞ və digərlərinin Rusiyanı sülhə məcbur etmək cəhdlərindən daha yüksək səslədir".

CityPost.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə edilən gecə zərbəsini son dövrlərin ən böyük zərbələrindən biri adlandırıb.

İyunun 10-na keçən gecə rus qoşunları pilotsuz təyyarələrlə Kiyev və Odessaya hücum edib. Ukrayna hakimiyyətinin məlumatına görə, 315 pilotsuz uçuş aparatı buraxılıb. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin işi sayəsində “itkiləri minimuma endirmək mümkün olub”.

Odessada isə hücum nəticəsində 2 nəfər ölüb, 13-dən çox insan yaralanıb. Yaşayış binalarına, doğum evinə, təcili yardım stansiyasına, özəl tibb klinikasına, idman kompleksinə, zooparka, dəmir yolu vağzalına ziyan dəyib.
Kiyevdə 4 nəfər xəsarət alıb, yaşayış binaları, biznes mərkəzi, anbarlar, dəmir yolu zədələnib.
Zelenski müttəfiqləri təcavüzü dəf etmək üçün birgə hərəkət etməyə çağırıb: "Rusiyanın bu və digər oxşar hücumlarına cavabın dünyanın susması deyil, konkret hərəkətləri olması vacibdir. Rusiyanı sülhə məcbur etmək gücündə olan Amerikanın hərəkətləri. Güclü olmaqdan başqa alternativi olmayan Avropanın hərəkətləri. Dünyada diplomatiyaya və müharibəyə son qoymağa çağıran və Rusiyanın məhəl qoymadığı başqalarının hərəkətləri. Sülh üçün sərt təzyiq lazımdır”.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66