Bizə yazın

Baku

-°C

USD

-

Məktəbə hücum: Ən azı 9 nəfər ölüb

Dünya 10 İyun 2025, 17:00

731

Avstriyanın Qraz şəhərində orta məktəbə atışma nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

CityPost.az xəbər verir ki, polis sözçüsü Fritz Qrundniq Qratsdakı Dreierschützengasse məktəbinə hücum edildiyini və çox sayda insanın yaralandığını açıqlayıb.

Qraz Bələdiyyə Başçısı Elke Kahr şəhərdəki orta məktəbə hücumda aralarında təcavüzkar da daxil olmaqla 9 nəfərin öldüyünü açıqlayıb.

Kahr ölənlərin 7 tələbə, 1 böyük və hücumçu olduğunu bildirib.

Baş nazir Kristian Stoker hücuma görə bütün proqramlarını ləğv edib, daxili işlər naziri Gerhard Karner isə hücumun baş verdiyi Qrasa gedib.

Ölkə mətbuatında çıxan xəbərlərə görə, ölkə tarixində bu böyüklükdə ilk hücumda 8 nəfəri öldürən təcavüzkar məktəbin tualetində intihar edib. Hücum edən şəxsin məktəbdə şagird olduğu və mobbingə məruz qaldığı iddia edilib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66