Bizə yazın

Baku

-°C

USD

-

"Qəzzanın səhiyyə sistemi kritik səviyyədədir" - UNRWA

Dünya 18 İyun 2025, 16:16

704

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA), İsrailin Qəzza zolağına hücumları səbəbiylə bölgədəki səhiyyə sisteminin kritik həddə çatdığını, həyati əhəmiyyətli dərman və qan preparatlarının tükəndiyini bildirib.

CityPost.az xəbər verir ki, UNRWA-nın X sosial media platformasındakı bəyanatında əsas tibbi ləvazimatların 45%-nin tükəndiyi, qalan ehtiyatların isə təxminən 6 həftə ərzində tamamilə tükənəcəyi gözlənilir.
"Həyati əhəmiyyət kəsb edən dərmanlar və qan məhsulları tükənmək üzrədir. Qəzzada sağlamlıq ehtiyacları son dərəcə aktualdır və hər gün artır", - bəyanatda deyilir.
İsrail ordusu 7 oktyabr 2023-cü ildə başlayan hücumlar çərçivəsində Qəzzada xəstəxanaları və səhiyyə infrastrukturunu hədəf alaraq bir çox səhiyyə ocağını xidmətdən çıxarıb. Bu, xəstələrin və yaralıların müalicə almasına böyük dərəcədə mane olub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda bölgədə yalnız 16 xəstəxana qismən fəaliyyət göstərir, 5-i dövlət, 11-i özəldir. Bundan əlavə, 8 sahə xəstəxanası da təcili tibbi yardım göstərir.
Təxminən il yarımdır davam edən hücumlar nəticəsində əksəriyyəti uşaq və qadınlardan ibarət 185 minə yaxın fələstinli ölüb və ya yaralanıb. 11 mindən çox insan itkin düşüb. Yüz minlərlə insan didərgin düşüb, aclıq və infrastrukturun dağılması çoxlarının həyatına son qoyub.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistan Rusiya telekanallarını bağlamaq istəyir

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Ermənistan televiziya məkanında Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə ciddi şəkildə baxmağın zəruriliyini bəyan edib. CityPost.az  xəbər verir ki,O, bu barədə jurnalistlərə “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın işini və onun Ermənistan-Rusiya münasibətlərinə mümkün təsirini şərh edərkən deyib."Bu manqurtların bizim ölkədə proqramları, eləcə də ölkəyə girişi çoxdan bağlanıb. Lakin onların dövlət kanalları Ermənistanın daxili işlərinə qarışmağa imkan verirsə, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq", - Simonyan bildirib.O, atmosferi qızışdıran, Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərən rus aparıcıları “degenerasiyalar” adlandırıb.Simonyan onu da bəyan edib ki, Ermənistanda baş verənlərin Moskva ilə əlaqələrə xələl gətirdiyini iddia edənlər...

01 İyul 2025, 16:24

İran Almaniyada yəhudilərə qarşı hücumlar planlaşdırıb?

İranın işə götürülmüş iran əsilli danimarkalıdan istifadə edərək Almaniyadakı yəhudi institutlarına hücumlar planlaşdırdığı iddia edilir.CityPost.az  xəbər  verir    ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.Nəşrin məlumatına görə, polis yəhudi icması ilə əlaqəli obyektlərin fotoşəkillərini çəkərək Berlində hücum üçün potensial hədəflər haqqında məlumat topladığı güman edilən İran əsilli danimarkalı Əli S.-ni saxlayıb.Müstəntiqlər hesab edir ki, o, xaricdəki əməliyyatlara cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən işə götürülüb.May ayında həmçinin Böyük Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb, onlardan dördü İran vətəndaşıdır.Miri...

01 İyul 2025, 16:10

Almaniya Rusiyanın hərəkətlərinə cavab olaraq Arktikaya hərbi gəmilər göndərəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın bölgədəki mövcudluğunun artmasına cavab olaraq Berlinin Arktikaya hərbi gəmilər göndərəcəyini bildirib. CityPost.az  xəbər  verir    ki,  bu  barədə   The Telegraph nəşri  məlumat yayıb.Nəşrin  məlumatına   görə, Bundesver “öz mövcudluğunu nümayiş etdirmək” üçün Şimali Atlantika və Arktikaya patrul gəmiləri göndərəcək."Dəniz təhdidləri artır... Rusiya Arktikanı hərbiləşdirir. Biz bu ərazidə fəaliyyət göstərən Rusiya sualtı qayıqlarının fəallığının artdığını müşahidə edirik", - Pistorius bildirib.Mətndən belə məlum olur ki, bu il alman gəmiləri Arktikaya göndəriləcək. Qəzet yazır ki, bölgəyə gedən yolda Almaniya donanması müttəfiqlərlə təlimlər keçirəcək. Bu yolla Almaniya “bölgəyə bağlılığını vurğulamaq” niyyətindədir.Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Murmanskda keçirilən beynəlxalq...

01 İyul 2025, 15:13

Rusiya vətəndaşı öldü 

Tacikistanın dağlıq ərazilərində  Rusiya vətəndaşı ölüb. CityPost.az  xəbər verir  ki, bu barədə respublikanın Fövqəladə Hallar Komitəsi (FHK) məlumat yayıb.Departamentin məlumatına görə, turist ölkəyə istirahətə gəlib, lakin onun uçan avadanlığı uçuş zamanı sıradan çıxıb və bu, faciə baş verib.Mərhumun cəsədi ESC İdarəsinin rəisi, polkovnik Kurbonzoda İzzatın rəhbərlik etdiyi xilasedicilər tərəfindən tapılaraq təxliyə edilib. MiriBundan əvvəl Tailandda rusiyalı turistin ölümü ilə bağlı araşdırmalara başlanılıb....

01 İyul 2025, 15:10

Qaqauziyanın başçısını 9 il  həbs gözləyir

Prokurorluq Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun qanunsuz maliyyələşdirmə işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.CityPost.az  xəbər  verir   ki,Qutsul martın 25-də Kişinyov hava limanında saxlanılıb. O, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, sənədlərin saxtalaşdırılması, o cümlədən maliyyə hesabatlarının və bəyannamələrin saxtalaşdırılmasında ittiham olunur.Mayın 12-də Kişinyov məhkəməsi onun ev dustaqlığının müddətini iyunun 13-dək uzadıb.Miri

01 İyul 2025, 14:35

Gürcüstanda müxalifət partiyaları seçkiləri boykot etdiyini açıqlayıb

Gürcüstanda səkkiz müxalifət partiyası yerli hökumət seçkilərində iştirakdan imtina edib. CityPost.az  xəbər  verir   ki,  bu barədə  Partiya nümayəndələrinin boykotla bağlı bəyanatını 1TV kanalı yayıb.Partiyalar yerli seçkiləri “qeyri-qanuni rejimin legitimləşdirilməsi” hesab etdiklərini bildirib və “oliqarxik sistemin” aradan qaldırılması üçün müqaviməti davam etdirəcəklərini vəd ediblər.Səkkiz müxalifət partiyasının bəyanatını Tbilisidə parlament binası qarşısında “Droa”nın lideri Elene Xoştariya ictimaiyyətə təqdim edib. O, yoldaşı - hakim "Gürcü arzusu" partiyasının keçmiş üzvü Gedevan Popxadze ilə birlikdə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirdi, lakin indi müxalifətin birgə bəyanatı fonunda aclıq aksiyasını dayandırıb.Ötən ilin mayında Gürcüstanda ölkədə qəbul edilən xarici agentlər haqqında qanuna görə kütləvi etirazlar başlayıb. Aİ...

01 İyul 2025, 14:17