Bizə yazın

Baku

-°C

USD

-

Ərdoğanın Paşinyana məsləhəti: kitab oxu - ŞƏRH

Dünya 25 Sentyabr 2024, 16:26

13253

BMT dünya dövləti rolunu oynaya bilər. Təşkilatın Baş Assambleyasının 79-cu sessiyasında dövlət, hökumət başçıları, XİN rəhbərləri və ölkələrin başqa yüksək vəzifəli rəsmilərinin bir-biri ilə görüşləri, çıxışları bunu təsdiqləyir.

Müxtəlif dövlətlərin başçıları BMT-də islahatlarının aparılmasını təklif edib. Hətta, bu istiqamətdə tənqidi məqalələr və kitablar belə yazılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” (“Daha Adil Bir Dünya Mümkün”) kitabında bu məsələdən də bəhs edib.

Sentyabrın 24-də Türkiyə lideri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Türk evində” Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Rəcəb Tayyib Ərdoğan ona kitabını hədiyyə verib.

Bunu Prezidentin hökumət başçısına özünəməxsus ismarışı da saymaq olar. Çünki belə görüşlərdə istənilən element təsadüfi sayılmaz.


Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlanmasına 15 il əvvəl cəhd edilmişdi. Onda Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Rəsmi İrəvan təcavüzkar üstünlüyündən istifadə edərək Türkiyəyə qarşı qondarma soyqırımı, ərazi iddialarından əl çəkmirdi. Bu azmış kimi Azərbaycan və Türkiyə məsələlərinin ayrılmasını təklif edirdi. Başqa sözlə o vaxt Ermənistanın əsas qanunu və müstəqillik haqqında konstitusiya aktı prosesin başlamasına ən böyük mane olmuşdu. Nəticədə məsələyə dair protokollar ləğv edildi.

Bundan sonra rəsmi Ankara Azərbaycan torpaqları işğaldan azad edilməyənədək bu ölkəyə sərhəd qapılarını açmayacağını bildirdi. İki ölkə arasında sərhəd-buraxılış məntəqələri indiyədək bağlıdır.

Buna səbəb yenə Ermənistanın müstəqillik haqqında konstitusiya aktı, əsas qanunu, tarix kitabları, gerbi, himni, bir sözlə, erməni etnik qrupu arasında on illərdir təbliğ olunan anti-Türkiyə və anti-Azərbaycan düşmənliyidir.


Nikol Paşinyan və komandasının üzvləri konstitusiya dəyişiklərinə hazır olduqlarını, qeyd etdiyimiz məsələlərdən, o cümlədən orta məktəblərdə tədris olunan tarix kitablarının dəyişdirilməsinin vacibliyini vurğulasalar da, indiyədək, bu istiqamətdə elə böyük işlər görülməyib. Yəni, İrəvan bu məsələdə bəyanatdan uzağa getməyib. Bununla belə müxtəlif görüşlərdə Paşinyan və hökumət üzvləri Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduqlarından ağız dolusu danışırlar. Ermənistan rəhbərliyi həmin açıqlamaları ilə rəsmi Bakını beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirməyə səy göstərir.

Ancaq 15 il əvvəl imzalanmış protokolların reallaşmamasının səbəbləri bu gün də aradan qalxmayıb.

Rəsmi İrəvan yeni konstitusiya üçün daha üç il gözlənilməsi bəyanatı ilə çıxış edir. Bu isə Azərbaycan və Türkiyə ilə normallaşma prosesinin başlanılmasının bilərəkdən yubadılması qənaətinə gəlməyə əsas verir. Ermənistanın Əsas qanununda dəyişiklik etməməsi Azərbaycanla sülh sazişinin imzalanmasına da böyük maneə olaraq qalmaqdadır.


Görüşdə Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan ölkələr arasında nizamlanma prosesini ilkin şərt olmadan davam etdirməyə və münasibətlərə yeni təkan verməyə hazır olduqlarını vurğulayıblar.

Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində artıq atılmış addımlar və mövcud razılaşmalar barədə ətraflı danışıblar. Tərəflərin regional məsələləri də müzakirə etdikləri bildirilib.

Paşinyan Ərdoğana Ermənistanla Azərbaycan münasibətlərinin normallaşması prosesindəki mövcud vəziyyət, münasibətlərin nizamlanmasına dair saziş imzalamağa hazır olması, habelə hökumətin “Sülh kəsişməsi” təşəbbüsü barədə məlumat verib.

Türkiyə lideri Ermənistan hökumətinin başçısına bildirib ki, ölkələr ilkin şərt irəli sürmədən münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə ediblər və dialoq davam edəcək.

 
Ərdoğan Ankaranın Bakı və İrəvan arasında davamlı sülhün bərqərar olmasını, “yeni tarixi dövrdə dostluq əlaqələrinin qurulmasını” fəal dəstəklədiyini vurğulayıb.

Nyu-York görüşünün Ermənistanla Azərbaycan və Türkiyə rəsmilərinin, işçi qruplarının yeni dialoqu üçün zəmin ola biləcəyi də mümkündür.

Ancaq bu görüşlər münasibətlərin tənzimlənməsi prosesi istiqamətində əməli addıma çevrilmirsə, o halda belə danışıqlar Ermənistan tərəfdən gözdən pərdə asmaqdan başqa bir nəsnə deyil.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında Ermənistanla sülhə dair məsələdən də bəhs edib. O bildirib ki, sülh danışıqları Azərbaycanın təşəbbüsüdür. Prezidentin sözlərinə görə, Ermənistan bu məsələni süni şəkildə uzadır: “Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər”.


Bu, Ermənistana sülh danışıqları ilə bağlı daha bir çağırışdır. Başqa sözlə, Prezident Ermənistan rəhbərliyinə bir daha sülhdən danışmaqdansa, bu yöndə addım atılmasını çatdırıb: “İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməyib. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Burada isə kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir”.

Təəssüf ki, Ermənistan hələ də xaricdəki havadarlarının təlimatları əsasında sülh və normallaşma prosesini tormozlayır.

Paşniyanın “Türk evi”ndə Ərdoğanla görüşə razılıq verməsini də diplomatik jest kimi qiymətləndirmək olar. Belə ehtimal etmək olar ki, Ermənistan hökumətinin başçısı buranı danışıqlar üçün BMT-nin mənzil-qərargahından daha etibarlı sayıb. Bundan başqa ilkin şərtsiz Türkiyə ilə normallaşmaya hazırdırlar. O bu addımı ilə “hara deyirsiz gəlim, təki qapıları açın” ismarışını verib.

Rəcəb Tayyib Ərdoğan isə “Daha ədalətli bir dünya mümkündür” kitabı ilə Paşinyanı daha düzgün münasibət qurmağa çağırıb. Kitab təqdimatı ilə ona bir daha oxumağı məsləhət görüb.

Hər halda rəsmi İrəvanın növbəti davranışlarından, çıxışlarından hazırlıq səviyyəsi müşahidə olunacaq.
 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini bildirib.Citypost.az APA-a istinadən xəbər verir ki, Paşinyan Rusiyaya dekabrın 3, 11 və 22-də səfər edəcəyini deyib.“Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”, – Paşinyan bildirib.Qeyd edək ki, dekabrın 11-də Moskvada Avrasiya İqtisadi İttifaqının hökumət başçıları səviyyəsində Hökumətlərarası Şuranın iclası keçiriləcək. Dekabrın 21-də isə Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq....

14 Noyabr 2026, 10:48

Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb

Noyabrın 14-də Parisdə 30 mindən 60 minədək insanın iştirakı ilə 3 etiraz aksiyasının keçirilməsi planlaşdırılıb."Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.Hüquq-mühafizə orqanları tərəfindən silahın qanuni tətbiqi prezumpsiyası haqqında qanun layihəsinə qarşı aksiya, uşaqlara qarşı zorakılıq əleyhinə beynəlxalq yürüş və "sarı jiletlilər"in mitinqi başlanğıc yeri Respublika meydanı olmaqla Paris polisi prefekturasında qeydiyyata alınıb.Fransanın daxili işlər naziri Loran Nünyes bildirib ki, şənbə günü etirazlar zamanı asayişin qorunması üçün təxminən 70 min polis və jandarm cəlb ediləcək....

13 Noyabr 2026, 18:40

Türkiyə Suriya ilə şəhərsalma sahəsində əməkdaşlıq edəcək

Türkiyə Suriyanın yenidən qurulması prosesində mənzil tikintisi, şəhərsalma, infrastruktur və ətraf mühitin idarə olunması sahələrində əməkdaşlığa hazırdır."Report"un Türkiyə bürosu xəbər verir ki, bunu COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Antalyada keçirilən sammit çərçivəsində Suriyanın yerli idarəetmə və ətraf mühit naziri Məhəmməd Ancarani ilə görüşündən sonra bildirib.O qeyd edib ki, görüşdə mənzil tikintisi, şəhərsalma, infrastruktur, ətraf mühitin idarə olunması və yerli idarəetmə orqanlarının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub....

13 Noyabr 2026, 17:34

Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!

Rusiya Finlandiyanın NATO-dan çıxmasını və Alyansın Baltikyanı ölkələrdəki bazalarından imtina etməsini tələb edir.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.“Yeni Avropa təhlükəsizlik nizamı ilə bağlı sərt şərtlər Rusiya nümayəndələri tərəfindən müharibənin dayandırılmasına dair qeyri-rəsmi danışıqlarda irəli sürülüb. Bu şərtlər həmçinin Əbu-Dabidə keçirilən danışıqlarda Avropa nümayəndələrinə də təqdim edilib. Moskva Ukraynanın işğal altındakı ərazilərini öz nəzarətində saxlamağı və Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələri də daxil olmaqla, bütün Donbası istəyir.Bundan əlavə, Rusiyanın planı NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalar yerləşdirməsindən imtina etməsini, eləcə də Finlandiyanın Alyansdan çıxmasını nəzərdə tutur. Eyni zamanda, Ukrayna bloklara qoşulmamaq...

13 Noyabr 2026, 17:20

Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu

Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun Əbu-Dabidə Merab Dvalişvili ilə baş verən insidentə görə altı ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.Məlumata görə, idmançını müşayiət edən şəxslərdən biri də eyni cəzanı alıb. Məhkəmə iclasında iştirak etmiş şəxslərin tanışına istinadən yayılan xəbərdə Nurməhəmmədov və onun yoldaşının hər biri 300 min dirhəm (81 min dollardan çox) cərimələnib.M.Dvalişvili və onun dostu Saba Lazişvili isə həbs cəzasından yayınıblar. Onların hər birinə hadisənin görüntülərini yaydıqlarına görə 50 min dirhəm (təxminən 13 min 600 dollar) cərimə kəsildiyi qeyd olunur.Saba Lazişvilinin qardaşı Zviad daha əvvəl Merab və...

13 Noyabr 2026, 16:41

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışan yüksəkvəzifəli qadınla münasibəti olduğu məlum olub. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, ABŞ-də bu qalmaqal fonunda texnologiya sahəsində digər milyarderlərin şəxsi həyatı da yenidən gündəmə gəlib.Mövzu ilə müzakirələr fonunda digər milyarderlərin də ailə həyatlarında xanımlarına sadiq olmadıqları, zaman-zaman xəyanət qalmaqalları ilə gündəmə gəldikləri vurğulanıb. Bu şəxslər siyahısında isə 2019-cu ildə o dövrdəki məşuqəsi, hazırkı həyat yoldaşı Loren Sançezə ünvanladığı mesajları üzə çıxan “Amazon” şirkətinin...

13 Noyabr 2026, 15:05