Pezeşkian: İranla Qətər arasında altı milyard dolların verilməsinə dair yaxşı anlaşma əldə olunub
Dünya 04 Oktyabr 2024, 20:11

605
İranın dondurulmuş altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsi istiqamətində Qətərlə “qarşılıqlı faydalı razılaşma” əldə edilib.
CityPost.az “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər səfərindən Tehrana qayıdarkən bildirib.
Məlumata görə, Cənubi Koreya bankları sərbəstləşdirdikdən sonra həmin maliyyə vəsaiti Qətərdə saxlanılır.
Həmçinin oxuyun
“Bizim Qətər banklarında altı milyard dollar məbləğində vəsaitimiz var. İki ölkənin mərkəzi banklarının başçıları arasında görüşdə, habelə Qətər əmiri ilə danışıqda biz bu məsələ üzrə qarşılıqlı yaxşı anlaşma əldə etdik”, - İran Prezidenti vurğulayıb.
Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə 2023-cü ildə İran və ABŞ arasında İslam Respublikasının altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsinə dair razılıq əldə edilib. Bu maliyyə vəsaiti 2018-ci ildə Cənubi Koreyanın iki bankının ABŞ-nin sanksiyasına məruz qalması nəticəsində dondurulub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Zelenski danışıqlar üçün Türkiyəyə gedib
Ukrayna prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Türkiyəyə gedib.
13 May 2025, 18:55

Co Baydenin prostatında düyün tapılıb
ABŞ-ın keçmiş prezidentinin mətbuat xidmətinin məlumatına görə, tibbi müayinə zamanı Co Baydenin prostat vəzində kiçik düyün aşkar edilib.
13 May 2025, 18:51

Merts Rusiyanı HƏDƏLƏDİ
Almaniya kansleri Fridrix Merts Rusiyaya xəbərdarlıq edib ki, Moskva bu həftə Ukraynada sülhə nail olmaq üçün addımlar atmasa, Avropa İttifaqı ona qarşı daha sərt sanksiyalar tətbiq edəcək.
13 May 2025, 18:42

Tramp Suriya lideri ilə görüşəcək
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşəcək.
13 May 2025, 18:38

Ərdoğandan NATO-ya xəbərdarlıq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar zamanı bildirib ki, alyans Ukrayna münaqişəsinin tərkib hissəsi olmamalıdır.
13 May 2025, 18:30

Qəzzada daha bir uşaq öldü
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda biri körpə olmaqla 4 nəfər həyatını itirib.
13 May 2025, 17:30