Lavrov: "Ukrayna üçün Türkiyədən silah almaq çaşdırıcıdır"

Dünya

01 Noyabr 2024, 13:21
Lavrov: "Ukrayna üçün Türkiyədən silah almaq çaşdırıcıdır"
22

"Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçi olmaq istəyini nəzərə alaraq Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcıdır".

CityPost.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türk silahları Ukrayna silahlı qüvvələri tərəfindən rus əsgərlərini və mülki insanları öldürmək üçün istifadə olunur. Bu, Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatları fonunda çaşqınlıq yaratmaya bilməz”, - deyə nazir bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiya Türkiyənin Ukrayna böhranının həllinə kömək etmək səylərini yüksək qiymətləndirir. “Məhz Türkiyə tərəfi 2022-ci ilin yazında İstanbulda Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün platforma təqdim edib və taxıl müqaviləsinin bağlanmasına töhfə verib.

İstanbul danışıqları anqlo-saksonlar tərəfindən “dəfn edildi” və Vladimir Zelenskiyə döyüşləri dayandıra biləcək və iştirak edən tərəflərin maraqlarının tarazlığını təmin edə biləcək sazişlər bağlamağı qadağan etdi”, - Lavrov xatırladıb.

Yeganə

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%