Rusiya XİN Cənubi Koreyada olan vətəndaşlarına müraciət edib

Dünya

03 Dekabr 2024, 19:02
Rusiya XİN Cənubi Koreyada olan vətəndaşlarına müraciət edib
28

Cənubi Koreyada hərbi vəziyyətin elan olunması ilə əlaqədar Rusiya bu ölkədə olan vətəndaşlarına müraciət edib.

Rusiya Xarici İşlər Nazirliyi Koreya Respublikasının Prezidenti Yun Seok Yeol tərəfindən hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar olaraq bu ölkədə olan vətəndaşlarını sakitliyi qoruyub saxlamağa, hakimiyyətin tövsiyələrinə əməl etməyə və kütləvi tədbirlərdə, xüsusən də xüsusilə siyasi istiqamətlə olan kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb.

Bildirilib ki, Rusiyanın Seuldakı səfirliyi vəziyyətin inkişafını izləyir. Rusiya vətəndaşlarına fövqəladə vəziyyətlə üzləşdikdə səfrliyin qaynar xətti ilə əlaqə saxlamaq tövsiyə olunub.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%