Teleqram Rusiyada cərimələnib

Dünya

03 Dekabr 2024, 20:30
Teleqram Rusiyada cərimələnib
26

Moskvanın Taqanski Məhkəməsi Teleqram messencerini qadağan olunmuş məlumatları silmədiyinə görə cərimələyib.

Citypost.az xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Teleqram kanalının məlumatında deyilir.

Messenger İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqda təqsirli bilinib. Messenger Rusiya qanunvericiliyinə uyğun olaraq silinməli olan məlumatların məhdudlaşdırılması və ya silinməsi sahəsində öz öhdəliklərini yerinə yetirməyib.

Məhkəmə Teleqrama dörd milyon rubl məbləğində cərimə kəsib. Noyabrın əvvəlində messencer yeddi milyon rubl məbləğində cərimə edilmişdi. Qeyd olunur ki, Teleqram da Rusiyada qadağan olunmuş məlumatları silməyib. Bundan əvvəl xidmət separatizm çağırışları olan kanalları silməkdən imtina etdiyinə görə cərimələnib. Messencerin cəriməsi dörd milyon rubl olub.

Yeganə

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%