Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ilə münaqişədə itkiləri təxminən 700 min əsgərdir.
Citypost.az “Politico”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"700 minə yaxın ukraynalı əsgər öldürülüb", - Amerika lideri vurğulayıb.
Tramp Ukrayna Silahlı Qüvvələrinin itkilərini yüz minlərlə əsgərlə qiymətləndirib və Ukraynadakı münaqişənin uzanmasına işarə edib. Onun sözlərinə görə, ABŞ tərəflərin itkiləri ilə bağlı rəqəmlərə malikdir. Daha əvvəl Tramp Ukrayna ilə bağlı verdiyi vədi “hələ yarım gün var” ifadəsi ilə şərh edib. ABŞ prezidenti vəzifəsinin icrasına başladıqdan sonra 24 saat ərzində Ukraynadakı münaqişəyə son qoyacağı vədi ilə bağlı sualı cavablandırıb.
Yeganə