Prezidentdən həmkarına təbrik
Cəmiyyət 13 İyul 2025, 11:43

303
Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçə məktub göndərib.
Citypost.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız məmnunluq doğurur.
Həmçinin oxuyun
Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərməyə qoyuluşu və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da dinamik inkişaf edəcək və daha da dərinləşəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah Bakıda 40 dərəcə isti olacaq
İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi...
13 İyul 2025, 13:37

İki il əvvəl itkin düşən Rasimin qalıqları tapılıb?
Ötən gündən etibarən bir sıra mətbu orqanlarda 2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin qalıqlarının tapılması haqqında məlumatlar yayılır.CityPost.az oxu.az-a istinadən xəbər verir ki, itkin şəxsin qalıqlarının tapılması həqiqətə uyğun deyil.Həmçinin bir sıra saytların verdiyi xəbərə görə, Rasim guya qətlə yetirilib və cinayəti törətməkdə şübhəli bilinən şəxslər isə polis tərəfindən saxlanılıblar....
13 İyul 2025, 11:58

İsmayıllıda zəlzələ baş verib
İsmayıllıda zəlzələ baş verib.CityPost.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3,8 maqnitudada qeydə alınıb.Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
12 İyul 2025, 08:52

Mingəçevirin 12 küçəsində qaz olmayacaq
İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.Bu barədə CityPost.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir-1 ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü orta təzyiqli daşıyıcı qaz xəttinin kompressor (1-atm) vasitəsi ilə kipliyə sınaq ediləcək.Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçənin 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır....
11 İyul 2025, 22:42

Veysəl Əyyubov vəzifəsindən azad edildi - FOTO
Mingəçevir Dövlət Universitetinin (MDU) prorektoru vəzifədən azad olunub.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, uzun illərdir MDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışan Veysəl Əyyubov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.Onun yerinə hələ ki yeni təyinat olmayıb.
11 İyul 2025, 17:11

Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manata çatıb
2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub.CityPost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, onlardan 873,0 min nəfəri dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Muzdla işləyənlərin 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 13,6 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti,...
11 İyul 2025, 14:46