Putin Çinə dəvət olunub

Dünya

21 Yanvar 2025, 17:38
Putin Çinə dəvət olunub
18

Rusiya lideri Vladimir Putin Yaponiya üzərində qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Pekinə dəvət olunub.

Citypost.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov bildirib.

“Çin tərəfi Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirlər keçirəcək. Bu tədbirlər sentyabrın 3-də Pekində baş tutacaq və Rusiya lideri də bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb”, - Kremlin sözçüsü bildirib.

Daha əvvəl Putin Çin prezidenti Si Tsinpinlə danışıqlar zamanı Rusiya və Çinin birgə fəaliyyətinin dünyada sabitləşdirici rol oynadığını bildirmişdi.

Yeganə

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%