Bizə yazın

Baku

-°C

USD

-

Barəsində rüşvət qalmaqalı yaranan şəxsə yüksək vəzifə verdi    —  Nazirlikdən məsələyə reaksiya 

Hadisə 14 Aprel 2025, 15:08

37232

Ekspertin öz verdiyi rəyi təkzib etməsi qalmaqala səbəb olub.

Citypost.az  saytı   xəbər verir  ki, Oxu24.com saytına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”, Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri baş direktor, professor Ədalət Həsənov və həmin qurumun hazırda Komisyon Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli barədə maraqlı məlumatlar daxil olub.

 Belə ki, məlumatı saytımıza verən şəxs M.Ş.M-nın iddiasına görə 2015-ci ildə Bakı Şəhər Prokrorluğunda onun barəsində istintaq araşdırılması apardığı dövrdə tibbi ekspert Cavid Cahangirli ondan qırx min manat almaqla istintaqa cəlb edilməmək şərti ilə barəsində ağır (xroniki pankreatit, qaraciyərin polikistozu və xroniki hepatit) xəstəliyin daşıyıcı olduğuna dair 174/KEŞ nömrəli, 27 May 2016-cı il tarixli tibbi-ekspert rəyi verilib.

Dərhal onun barəsində açılmış cinayət işinin təqibi həmin tibbi rəyə əsasən dayandırılıb.

Lakin 2017-ci ilin sentyabr ayında cinayət işi Bakı şəhəri Səbail Rayon Polis İidarəsinin istintaq şöbəsindən alınaraq davam etdirilməsi üçün Bakı Şəhər Prokrorluğunun istintaq idarəsinin müstəntiqi Zöhrab Səməndovun icraatına verilib. 

Özünün şikayətçiyə dediyi sözlərə görə,Bakı Şəhər Prokrorluğunun təpkisinə dözə bilməyən Cavid Cahangirli M.Ş.M-nın müalicəsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mərkəzləşmiş Xəstəxanasında davam etdirilə biləcəyinə dair (öz verdiyi rəyi ləğv etməklə) 276/KEŞ nömrəli, 06 sentyabr 2017-ci il tarixdə yeni tibbi rəy verib.

Cavid Cahangirli M.Ş.M-a baş verənlərin səbəbini aldığı qırx min manatın beş min manatını qaytararaq belə izah edib ki, onun barəsində istintaqı təqib edən Bakı Şəhər Prokrorluğu israrla verdiyi tibbi rəyin ləğv edilməsini tələb etdiyi üçün belə addım atıb.

O qalan pulların baş direktor Ədalət Həsənova, şöbə rəisi Ziyafəddin Məmmədova və digər tibbi ekspert Rafik Nuriyevə çatdığını söyləyib və 10 gün ərzində  həmin şəxslərdən qalan pulları alıb qaytaracağına söz verib. 

Aralarındakı söhbətdən üç gün sonra M.Ş.M istintaq orqanı tərəfindən həbsə alınıb. M.Ş.M yaxın adamları onun sifarişi ilə Cavid Cahangirlidən qalan pulları tələb etsə də, O, ümumiyyətlə, tələbkarı tanımadığını, aralarında belə bir şey olmadığını bildirib. 

Həbs yerindən M.Ş.M dəfələrlə verdiyi pulların qalan hissəsini tələb etməkdən ötrü zəng etsə də, Cavid Cahangirli onun zənglərini cavabsız qoyub. Məcburiyyət qarşısında qalan iddiaçı Cavid Cahangirlinin qanunsuz hərəkətlərindən  Baş Prokrorluğa şikayət ünvanlayıb. Cavid Cahangirli bundan sonra istintaqa cəlb olunub. İstintaq zamanı çoxsaylı şahid ifadələri alınmış, sorğular verilmiş, müvafiq ekspertizalar təyin edilmiş, hadisənin baş verdiyi ərəfədə iddiaçının və MTE və PA Birliyinin tibbi eksperti Cavid Cahangirlinin istifadəsində olmuş mobil telefon nömrələrindən çıxarışlar edilmiş, üzləşmə və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Şikayət əsasında tibbi ekspert Cavid Cahangirli barəsində toplanmış materiallar Azərbaycan Respublikası Cinayət Məcəlləsi 126.3 və 309.1-ci maddələri ilə başlanmış 190206051 nömrəli cinayət işinə əlavə edilmişdir.

Oxu24.com  araşdırma  aparan zamanı bir sıra maraqlı nüaslar ortaya çıxıb. Məlum  olub ki, baş direktor Ədalət Həsənov Baş Prokrorluğun barəsində araşdırma apardığı şəxsi – yəni adi tibbi ekspert Cavid Cahangirlinin səlahiyyətlərini məhdudlaşdırmaq əvəzinə, aqibəti bəlli olmayan qalmaqaldan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə məhəl qoymadan onu daha yüksək vəzifəyə -komisyon ekspertizalar şöbəsinə rəis təyin edib.

Mövcud təyinatın Cavid Cahangirlinin hansı müsbət göstəricisinə görə olduğunu öyrənməkdən ötrü “MTE və PAB” phş-nin baş direktoru , professor Ədalət Həsənov KİV haqqında qanun tələblərini pozaraq sorğumuzu cavabsız qoydu. 

Sayt baş direktor Ədalət Həsənovun və Komisyon Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirlinin də mövqelərini işıqlandırmağa hazırdır.

Qeyd olunan iddialarla bağlı Səhiyyə Nazirliyinə sayt tərəfindən sorğu ünvanlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə,Cavid Cahangirli Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində vəzifəyə təyin edilməsində hər hansı qanun pozuntusu mövcud deyil. 

"Qeyd edək ki, əvvəllər cinayət məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunan vətəndaşın müraciəti əsasında 2017-ci ildə Prokurorluqda araşdırma başlanılıb. Cavid Cahangirli sorğuda qeyd edilən 190206051 nömrəli cinayət işində təqsirləndirilən şəxs kimi cəlb edilməyib, ondan şahid ifadəsi alınıb. Barəsində hər hansı məhdudiyyət tətbiq olunmayıb",-deyə məlumatda qeyd edilir.
Hazırladı: Miri Məcidli

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyevin qızının vəkili həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib.CityPost.az   “Qafqazinfo”ya istinadla xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi....

14 Noyabr 2026, 21:36

Müəllim və şagirdləri faciəli şəkildə ÖLDÜLƏR

Füzulidə ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edənlər müəllim və şagirdləri olub.Citypost.az xəbər verir ki, həlak olan müəllim Seymur İsmayılov fizika müəllimi işləyib. Maşında ondan əlavə, 17 yaşlı 11-ci sinif şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə də olub. Hər üç şəxs hadisə yerində ölüb.Qeyd edək ki, “Opel” və “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində daha bir neçə nəfər yaralanıb. Qafqazinfo

14 Noyabr 2026, 14:47

Füzulidə iki maşın toqquşub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb

Dünən saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində vəfat edib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır."Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil...

14 Noyabr 2026, 09:27

Azərbaycanda deputat qəzaya düşdü:Ölən var

Naxçıvanda deputat qəzaya düşüb, ölən var.Citypost.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verib. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan MR Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir....

14 Noyabr 2026, 08:33

Canlı yayımda söyüş söyən tiktoker həbs olundu

Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir nəfər məsuliyyətə cəlb olunub.Citypost.az Modern.az-a istinadən xəbərə görə, 22 yaşlı Əli Qədirov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "Əli" adlı profildə canlı yayım açıb. Bu zaman canlı yayıma qoşulan digər şəxslərlə mübahisə edib nalayiq ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.Törətdiyi əmələ görə Əli polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin...

14 Noyabr 2026, 07:55

Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıb.Bu barədə Citypost.az-aDİN-dən məlumat verilib.Qeyd olunub ki, keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" və "Instagram" sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.Faktla...

13 Noyabr 2026, 20:36