Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb
Hadisə 15 Aprel 2025, 15:26
14044
Bakının Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 29 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
Həmçinin oxuyun
F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sumqayıtda tikilidə yanğın başlayıb
Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın başlayıb."Report"un yerli bürosu xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
06 Oktyabr 2026, 16:28
Naftalanda istirahətə gələn 69 yaşlı turist öldü
Naftalanda 69 yaşlı kişinin meyiti aşkarlanıb.Citypost.az xəbər verir ki, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Məlum olub ki, meyiti tapılan şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Z.Mahmudoviçdir.İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
06 Oktyabr 2026, 13:29
Bakıda restoranda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 140kv.m. olan restoranda baş vermiş yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində obyektin salon hissəsi 60kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub....
06 Oktyabr 2026, 10:11
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Qaxda ağır yol qəzası olub."Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Qax şəhəri H.Əliyev prospektində qeydə alınıb.Belə ki, Kənan Məmmədova məxsus "Oper Astra" markalı avtomobil idarəetmən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.Qəza zamanı avtomobildə olan sərnişin, 2009-cu il təvəllüdlü Muxtarov Elcan Səbuhi oğlu ölüb.Hadisə nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq, Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Digər 3 sərnişin də müxtəlif xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....
06 Oktyabr 2026, 09:14
Arvadını taxta ilə döyən kişiyə hökm oxundu
Goranboyda ər arvadını döyüb.Citypost.az xəbər verir ki, hadisə Qızılhacılı kəndində qeydə alınıb.44 yaşlı Təhməz Orucov (şərti adla) taxta parçası ilə arvadının qarın və kürək nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib.Zərərçəkənin şikayəti əsasında Təhməz polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.Təqsirləndirilən şəxsin sözlərinə görə, 2007-ci ildə evləniblər, nikahlarından 1 övladları var. Hadisə günü həyat yoldaşından Rusiyadan gələndə özü ilə gətirdiyi ayaqqabını ona verməsini istəyib. Lakin qadın verməyəcəyini dediyi üçün ər-arvad arasında mübahisə yaranıb.Təhməzin sözlərinə görə, arvadı ilə barışıb və ona dəyən ziyanı ödəyib. Zərərçəkən qadın da ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib. Qadın bildirib ki, əri həmin ayaqqabını yyaş dostuna...
06 Oktyabr 2026, 08:09
Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.Qeyd edək ki, yayılan videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.Binanın giriş hissəsinin üstünə düşən heyvanın öldüyü bildirilib.
05 Oktyabr 2026, 17:52