Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda 51 yaşlı kişinin meyiti aşkarlanıb

Hadisə 20 Aprel 2025, 11:07

18076

Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb.

Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Mübariz Həsən oğlu Tağıyevin meyiti yaşadığı binanın qarşısında aşkarlanıb. Onun ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxıldığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

28 Oktyabr 2026, 13:00

Məktəbdə DƏHŞƏT! Şagird öldü

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.CityPost.az-ın məlumatına görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.Hadisə nəticəsində şagird həyatını itirib.Oxu.az

28 Oktyabr 2026, 10:53

Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları tutulub.Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Citypost.az-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

27 Oktyabr 2026, 18:05

Siyəzəndə qadın qətlə yetirildi, əmisi nəvəsi şübhəli bilinir

Siyəzən şəhərində qətl hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı yaşadığı evdə boğaraq öldürüb.Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Qətli törədən şəxsin qadının əmisi nəvəsi olduğu bildirilir.

27 Oktyabr 2026, 13:34

Azərbaycanda vəzifəli şəxs həbs edildi

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.Citypost.az APA-ya istinadla xəbər verir ki, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.

27 Oktyabr 2026, 12:04

Qazaxda hamamda partlayış: 36 yaşlı kişi xəstəxanalıq oldu

Qazaxda 36 yaşlı kişi yanıq xəsarətləri alıb.Citypost.az xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü M.Məmmədov hər iki əlin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.M.Məmmədovun yaşadığı evin hamamında su qızdırıcısını yandıran zaman partlayış olduğu bildirilir. Nəticədə o, yanıq xəsarəti alıb.Faktla bağlı araşdırma aparılır. (APA)

27 Oktyabr 2026, 11:39