Şəhidin atası fəryad edir: Yevlax rayon İcra Hakimiyyətində onu get-gələ salırlar
Cəmiyyət 18 Noyabr 2026, 11:58
654
Şəhid Qəfərəli İntiqam oğlu Hacıyev 15 oktyabr 1997-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. Həyatının ilk illərində etibarən ailəsi ona Vətən sevgisini aşılamışdı. Bu sevgini hər zaman qəlbində daşıyan Qəfərəli həyatını Vətəninə xidmət etməyə həsr etdi. Qəfərəli İntiqam oğlu Hacıyev böyüdüyü ailədə Azərbaycançılıq məfkurəsi ilə tərbiyə almışdı. Valideynləri ona Qarabağ Müharibəsinin xronologiyasını, torpaqlarımızın hər qarışının müqəddəs olduğunu aşılamış, Vətənə və xalqa xidmətin əhəmiyyətini dərindən öyrətmişdilər. Bu ailə kiminsə tərəfindən heç vaxt unudulmayacaq - bir qəhrəman, vətənpərvər ruhlu bir gənc yetişdirdi.
Q.Hacıyev 2015-ci ildə əsgəri xidmətə könüllü getdi və xidmətini böyük məsuliyyətlə başa vurdu. Komandirləri onun liderlik qabiliyyətini və iradəsini yüksək qiymətləndirirdilər.
2016-cı ilin aprelin erməni Silahlı Qüvvələri Azərbaycana qarşı təcavüzə keçərək, Qazax rayonunun Quşçu Ayrım kəndinə hücum etdilər. Qəfərəli İntiqam oğlu və yoldaşları bu strateji ərazini qorumaq üçün bütün qüvvələrini səfərbər etdilər. O, düşmənin irəliləməsinə mane olmaq üçün xidmət etdiyi batalyonun önündə irəliləyərək, döyüşün ən çətin anlarında belə heç vaxt geri çəkilmədi.
Həmçinin oxuyun
Düşmənin texnika və canlı qüvvəsinin üstünlüyünə baxmayaraq, Qəfərəli Hacıyev və yoldaşları əzmkarlıqla həmin gün son nəfəsinədək döyüşərək şəhadətə ucaldı. Onun fədakarlığı və torpaqlar uğrunda göstərdiyi qəhrəmanlıq həm silahdaşlarına, həm də bütün Azərbaycana böyük bir ruh yüksəkliyi verdi.
Bu gün Qəfərəli Hacıyevin adı yalnız ailəsinin deyil, bütövlükdə bütün Azərbaycanın qəlbində yaşayır. Onun qəhrəmanlığı gələcək nəsillərə vətənpərvərlik nümunəsi olaraq ötürüləcək. Q.Hacıyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla və digər mükafatlarla təltif edilib.
Qəfərəli Hacıyevin atası Citypost.aza müraciət edərək oğlunun döyüşlərdə qəhrəmanlıq göstərməsinə baxmayaraq, ailəsinin çətinlik və səfalət içində yaşadığını deyib. Şəhid Q.Hacıyevin atasının dediyinə görə ailənin adi məişət şəraiti belə yoxdur. O, dəfələrlə Yevlax rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, şəhid ailəsinin xırda məişət problemləri belə həllini tapmayır, onu get-gələ salırlar.
Şəhid Qəfərəli Hacıyevin atası İntiqam Hacıyevin Citypost.az saytına göndərdiyi müraciətdə qeyd olunur: “Ailəmiz 6 nəfərdən ibarətdir. Həyat yoldaşım Qəfərəlini itirdikdən sonra bir neçə ağır xəstəliyə düçar olub. Yevlax rayon İcra Hakimiyyətində dəfələrlə qəbulda olmuşam. Bizi artıq eşidib, dinləmək belə istəmirlər. On ildən çoxdur ki, mənzil növbəsindəyik. Bir çətən külfətik. Altı baş ailəyə 1 otaqlı mənzil təklif edirlər. Axı, bu qədər ədalətsizlik olmaq... Mənə bir nüans maraqlıdır. Bizə 1 otaqlı mənzil təklif edənlər görəsən özləri 6 baş ailəni 1 otağa sığışdıra bilərlərmi? Mən bu sualı Yevlax rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyevə verəndə, o mənə ironiya ilə cavab verdi və dedi: “İstəmirsən, özün bilərsən, sonra sənə heç bir otaqlı mənzildə verilməyəcək, peşman olacaqsan”.
Mənim peşman olası hərəkətim yoxdur. Sadəcə istəyirəm ki, oğlumun uğrunda şəhid olduğu torpaqda, azad və müstəqil Azərbaycanda normal məişət şəraiti olan evdə yaşayım. Bu mənim haqqımdır.
Yaxın zamanlarda problem həllini tapmasa, Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etməli olacam”.
Məsələni aydınlaşdırmaq üçün Yevlax rayon İcra Hakimiyyətində bilavasitə şəhid və qazi ailələri ilə iş aparan şöbənin müdiri Vasif İsayevlə əlaqə saxladıq. O, faktı təsdiqləsə də, məsələnin həllini və ev bölgüsünün birbaşa rayon İcra Hakimiyyətindən asılı olmadığını söylədi. V.İsayev telefon söhbəti zamanı dedi ki, ola bilsin ki, əzizimiz, şəhid atası İntiqam Hacıyev İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyevin fikirlərini düzgün başa düşməyib. Ümumiyyətlə, mənzil problemləri və eləcə də kimə neçə otaq verilməsi Yevlax rayon İcra Hakimiyyətinin yox, birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin səlahiyyətinə aid məsələdir. Yaxşı olar ki, ailə problemin həlli üçün aiddiyyəti quruma müraciət etsin. Sözsüz ki, biz də səlahiyyətimizdə olan imkan və vasitələrdən istifadə etməklə məsələnin müsbət həlli üçün lazım olan köməkliyi edəcəyik.
Müşərrəfxanım.
Əsgərin ölümünə səbəb olan səhlənkarlıq: Hərbi həkim həbs edildi
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.Citypost.az, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi...
18 Noyabr 2026, 12:05
Məşhur xəstəxana sökülür: Yerində bina tikiləcək? - Video
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, uzun illər sakinlər arasında Dəmiryol Xəstəxanası kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işləri aparılır.Citypost.az ATV-yə istinadla xəbər verir ki, tibb müəssisəsinin yerində yaşayış binasının inşa ediləcəyi ilə bağlı iddialar yayılıb.Bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli qərarına uyğun olaraq Dəmir Yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak artıq onların balansında deyil.Məlumata görə, Mərkəzi Dəmiryol Xəstəxanası başqa bir dövlət qurumunun balansına keçib.Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən,...
18 Noyabr 2026, 11:56
Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb.Qeyd edək ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, sonuncu vəzifəyə təyin edildikdən sonra rütbəsi artırılıb, idarə rəisi polkovnik Anar Eyvazovun müavini kimi fəaliyyət göstərib.Sail Ağasəlim...
18 Noyabr 2026, 11:45
Azərbaycan-İsrail mədəni əməkdaşlığı müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 17-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus ilə görüşüb.Citypost.az xəbər verir ki, səfiri salamlayan Adil Kərimli Azərbaycan-İsrail münasibətlərinin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib. Qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələr ildən-ilə genişlənir. İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və incəsənət layihələrində qarşılıqlı iştirak bu əməkdaşlığın inkişafına mühüm töhfə verir.Səfir Ronen Kraus səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.Görüşdə Azərbaycan-İsrail mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata...
18 Noyabr 2026, 10:35
Mərkəzi Bankın keçmiş binasının yeni icarədarı bilindi
Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.Citypost.az APA-ya istinadən xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir.Burada Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və digər struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.İlkin məlumata görə, tikili Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında verilib. Bununla belə hələlik Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.Qeyd edək ki, sözügedən bina 1998-ci ildə tikilərək istifadəyə verilib. Mərkəzi Bank 2026-cı il iyunun 22-dək bu binada fəaliyyət göstərib. Həmin tarixdən etibarən bankın əsas fəaliyyəti Heydər...
18 Noyabr 2026, 10:30
Mədəniyyət naziri Çin səfiri ilə görüşdü
Noyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb.Citypost.az xəbər verir ki, səfiri salamlayan nazir Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini, bu əlaqələrin təməlində hər iki ölkə liderinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin dayandığını vurğulayıb.Qeyd olunub ki, siyasi və iqtisadi sahələrdə mövcud əməkdaşlıq mədəni əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.Görüşdə Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.Mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irs, muzey işi və yaradıcı sənayelər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.Səfir Lu Mey səmimi...
18 Noyabr 2026, 10:20