Azad edilmiş ərazilərdə daha 51 mina, 504 PHS aşkarlanıb
Hadisə 05 May 2025, 11:47

1904
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.04.2025 - 04.05.2025) açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) CityPost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 32 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 504 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 416,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr tutuldu
Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.CityPost.az "Report"a istinadən xəbər verir ki, onlar Rusiya vətəndaşlarıdır.Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
01 İyul 2025, 15:39

Baş Prokurorluqda Rusiyada öldürülən azərbaycanlılarla bağlı cinayət işi açıldı
Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyada işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri faktı üzrə cinayət işi başlanıb.CityPost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb.İlkin istintaqla müəyyən edilib ki, iyunun 27-si səhər saatlarında Rusiya Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekatirunburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan...
01 İyul 2025, 13:15

Bu şəxs dövlətə xəyanətə görə həbs edildi
Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.CityPost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən gün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Hakimlərin qərarı ilə proses qapalı rejimdə aparılıb.Hazırlıq iclasında mahiyyətə uyğun olaraq anket məlumatları dəqiqləşdirilib.İlkin istintaq zamanı hər hansı prosessual pozuntu aşkar edilmədiyindən iş məhkəmə baxışına verilib.Qeyd edək ki, ittiham sübuta yetirilərsə, İsmiyevi 12 ildən 20 ilədək və ya ömürlük...
01 İyul 2025, 10:48

Taylandın Phuket adasında buddist rahib həmkarını güllələyib
Tailandın Phuket adasındakı Wat Khao Rung məbədində buddist rahib həmkarını güllələyib. CityPost.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.Nəşrin məlumatına görə, faciə bazar günü, iyunun 29-da səhər tezdən baş verib.47 yaşlı rahib Phra Çaryak monastırın yaşayış binasının tualetində 36 yaşlı Phra Naritanı öldürüb. Qurbanın bədənində 4 güllə yarası aşkar edilib. Hadisə yerində polis 38 kalibrli revolverdən və sürətli yükləyicidən dörd patron tapıb.Şübhəli şəxs kamerasında gizlənməyə çalışsa da, polis binanı mühasirəyə aldıqdan sonra təslim olub. Baxış zamanı ondan bir ədəd dolu revolver və 14 ədəd patron götürülüb. Dindirmə zamanı rahib qətli etiraf edərək, mərhumun daim onu izlədiyini və onu...
30 İyun 2025, 18:14

Rusiyanın təyyarəsi leyləklə toqquşdu
Rusiyada Yak-40 sərnişin təyyarəsi Voloqda hava limanından qalxarkən leylək üzündən az qala qəzaya uğrayacaqdı.CityPost.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.Telekanalın məlumatına görə, leylək Moskvaya uçmalı olan təyyarənin turbininə dəyib.Hadisə şahidinin sözlərinə görə, quş Yak-40-ın sağ mühərrikinə çırpılıb. Təyyarənin pilotları qalan mühərrikin təkan gücündən istifadə edərək təyyarəni döndərə və uçuş hava limanına endirə bildilər.Yanğın və ciddi fəsadların qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.Nigar...
30 İyun 2025, 17:43

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir
Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.CityPost.az-a daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.***Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.
30 İyun 2025, 13:14