Hakim Cavad İbrahimovdan Məhkəmə- Hüquq Şurasına şikayət edildi
Hadisə 26 May 2025, 15:28

2737
Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat vermişdik.
Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan Sevinc Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.
Xatırladaq ki,ötən həftə Rasim Həmidovu Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov qəbul etmişdi. R.Həmidov görüş zamanı nazir müavini M.Əhmədova Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəhruz Cəfərovun qanunsuz əməllərindən,məhkəmənin qətnaməsinin qəsdən icra olunmamasından və Ədliyyə Nazirliyinin İstintaq Şöbəsinin müstəntiqi Seymur Xəlilovun işə birtərəfli və qərəzli yanaşmasından şikayətçi olduğunu bildirmişdi.Nazir müavini Mübariz Əhmədov məhkəmənin qətnaməsini qəsdən icra etmədiyinə görə,S. Həmidova barədə cinayət işi açıldığını,istintaq orqanı tərəfindən R.Həmidovun zərərçəkmiş şəxs qismində,Sevinc Həmidovanın isə təqsirləndirilən şəxs kimi tanındığıını, yaxın günlərdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin tələblərinə uyğun olaraq S.Həmidova barədə toplanmış cinayət işinin materiallarının tədbir görülməsi üçün müvafiq məhkəməyə təqdim olunacağını bildirmişdi.
S.Həmidova ailə həyatı qurarkən ər evinə guya 79 min manatlıq cehiz əşyaları,15 baş inək gətirdiyinə və həmin əşyaların və mal-qaranın R.Həmidovda qaldığına dair Laçın Rayon Məhkəməsinə müraciət edib.Məhkəmə işinin araşdırılması Laçın Rayon Məhkəməsinin hakimi Cavad İbrahimovun həvalə olunub.R.Həmidov hüquqlarından istifadə edərək iddiaçının söylədiklərinin heç bir fakta əsaslanmayan,yalan olduğunu sübut edən dəlilləri məhkəməyə təqdim etmək istəsə də,C.İbrahimov qərəzli mövqe tutaraq nədənsə sənədləri qəbul etmək istəməyib.Məcburiyyət qarşısında qalan R.Həmidov sənədləri poçt vasitəsi ilə məhkəmənin hüquqi ünvanına göndərib və Məhkəmə - Hüquq Şurasına hakim C.İbrahimovun hərəkətlərindən şikayət edib.R.Həmidov bu gün Məhkəmə - Hüquq Şurasında olub.
O,CityPost.az saytının müxbirinin suallarına cavab olaraq deyib: “Yaşadığım belə demək mümkündürsə,ev 20 kvadrat metrdən ibarətdir.Oraya nəinki,79 min manatlıq,heç bir 5 min manatlıq əşyanın yerləşməsi mümkün deyil.S.Həmidovanın qardaşı oğlu Laçın Rayon Polis şöbəsinin əməliyyat müvəkkili Mirəli Həmidov mənə dəfələrlə hədə-qorxu gəlib.İstəyim məhkəmənin qanuni qətnaməsinin icrasına nail olmaqdır.Məhkəmə-Hüquq Şurasında isə mənə bildirdilər ki,şikayətim araşdırma mərhələsindədir.Qanun çərçivəsində tədbir görüləcək. ”
Həmçinin oxuyun
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr tutuldu
Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.CityPost.az "Report"a istinadən xəbər verir ki, onlar Rusiya vətəndaşlarıdır.Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
01 İyul 2025, 15:39

Baş Prokurorluqda Rusiyada öldürülən azərbaycanlılarla bağlı cinayət işi açıldı
Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyada işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri faktı üzrə cinayət işi başlanıb.CityPost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb.İlkin istintaqla müəyyən edilib ki, iyunun 27-si səhər saatlarında Rusiya Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekatirunburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan...
01 İyul 2025, 13:15

Bu şəxs dövlətə xəyanətə görə həbs edildi
Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.CityPost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən gün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Hakimlərin qərarı ilə proses qapalı rejimdə aparılıb.Hazırlıq iclasında mahiyyətə uyğun olaraq anket məlumatları dəqiqləşdirilib.İlkin istintaq zamanı hər hansı prosessual pozuntu aşkar edilmədiyindən iş məhkəmə baxışına verilib.Qeyd edək ki, ittiham sübuta yetirilərsə, İsmiyevi 12 ildən 20 ilədək və ya ömürlük...
01 İyul 2025, 10:48

Taylandın Phuket adasında buddist rahib həmkarını güllələyib
Tailandın Phuket adasındakı Wat Khao Rung məbədində buddist rahib həmkarını güllələyib. CityPost.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.Nəşrin məlumatına görə, faciə bazar günü, iyunun 29-da səhər tezdən baş verib.47 yaşlı rahib Phra Çaryak monastırın yaşayış binasının tualetində 36 yaşlı Phra Naritanı öldürüb. Qurbanın bədənində 4 güllə yarası aşkar edilib. Hadisə yerində polis 38 kalibrli revolverdən və sürətli yükləyicidən dörd patron tapıb.Şübhəli şəxs kamerasında gizlənməyə çalışsa da, polis binanı mühasirəyə aldıqdan sonra təslim olub. Baxış zamanı ondan bir ədəd dolu revolver və 14 ədəd patron götürülüb. Dindirmə zamanı rahib qətli etiraf edərək, mərhumun daim onu izlədiyini və onu...
30 İyun 2025, 18:14

Rusiyanın təyyarəsi leyləklə toqquşdu
Rusiyada Yak-40 sərnişin təyyarəsi Voloqda hava limanından qalxarkən leylək üzündən az qala qəzaya uğrayacaqdı.CityPost.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.Telekanalın məlumatına görə, leylək Moskvaya uçmalı olan təyyarənin turbininə dəyib.Hadisə şahidinin sözlərinə görə, quş Yak-40-ın sağ mühərrikinə çırpılıb. Təyyarənin pilotları qalan mühərrikin təkan gücündən istifadə edərək təyyarəni döndərə və uçuş hava limanına endirə bildilər.Yanğın və ciddi fəsadların qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.Nigar...
30 İyun 2025, 17:43

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir
Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.CityPost.az-a daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.***Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.
30 İyun 2025, 13:14