Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
Hadisə 27 Sentyabr 2024, 18:50

346
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib.
Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Oxu24.com-a məlumatı təsdiqləyib.
Məlumata görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

52 yaşlı kişi qətlə yetirildi
Aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə
25 Aprel 2025, 15:36

Sumqayıtda 70 yaşlı kişinin meyiti tapılıb
Sumqayıtda meyit tapılıb.CityPost.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.1955-ci il təvəllüdlü Güləli Hadıyevin meyiti yaşadığı evdə aşkarlanıb.Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
24 Aprel 2025, 20:46

Bakıda üç avtomobil yandı
Bakı şəhərinin Nəsimi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi, "Chevrolet" markalı minik avtomobilinin ön farası və güzgüsü yanıb.CityPost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Yüksək temperaturdan yaxınlıqdakı “Toyota” markalı minik avtomobilinin ön qapısı qismən qarsalanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
24 Aprel 2025, 15:51

Kəlbəcərdə ağır qəza, ölən var
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az “Qafqazinfo”-ya xəbər verir ki, “KİA” markalı avtomobil qarşıdan gələn betonqarışdıran avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
23 Aprel 2025, 21:10

İstanbulda güclü zəlzələ olub
İstanbulda güclü zəlzələ olub.CityPost.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.Bildirilib ki, zəlzələ Silivri sahilində 4 bal gücündə, 7 km dərinlikdə baş verib.Yeraltı təkan Mərmərədə hiss edilib.(Apa)
23 Aprel 2025, 13:44

Ziya Bünyadov prospektində qəza olub - FOTO
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat yayıb.Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın qısa müddət ərzində aradan qaldırılması üçün qəzada iştirak edən avtomobillərin yoldan evakuatorla kənarlaşdırılması işləri aparılır.
22 Aprel 2025, 16:36