Yanacaq maşını qəzaya düşdü: sürücü yanaraq öldü

Hadisə

01 Oktyabr 2024, 14:21
Yanacaq maşını qəzaya düşdü: sürücü yanaraq öldü
7

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

Ucar rayonunda qəzaya uğrayan yanadaşıyan maşının sürücüsü yanaraq ölüb.

Report xəbər verir ki, sürücünün ölümünü əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyiblər.

Qeyd olunub ki, maşının qəzaya uğraması nəticəsində çıxan yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%