Bizə yazın

Baku

-°C

USD

-

Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -FOTO+VİDEO

Hadisə 15 Oktyabr 2024, 15:14

12702

Övladları  yanıb ölən ana fəryad edir.

Hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu  Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında  yerləşən  fermanın  həyətindəki  işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib.  Yanğın hadisəsindən ailənin  böyük  uşağı ağır xəsarətlərlə  xilas  olsa  da, 2013-cü il  təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunan hadisə ilə bağlı  CityPost.az  saytına müraciət edən yanaraq ölmüş  uşaqların  anası  Xuraman  Hacıyeva dəhşətli hadisənin onun həyatında buraxdığı ağır zərbədən danışıb.

“Hadisədən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. Övladlarım  gözümün qabağında  yanıb kül  oldular. Balalarım yanmış məftilə  dönmüşdülər. Səsim  heç yerə  çatmadı.Çoban arvadı olduğum üçün bizi sahibsiz görüb başımızdan basdılar.  Bu gün həmin hadisədə günahkar olan hər kəsin adını açıqlayacam.Yoldaşımla mən 2015-ci ildən həmin fermada işləyirdik.Sözügedən ferma Füzuli rayonunun başçısı Alı Alıyevin  oğlu  Elvin   Alıyevə  məxsusdur. Bizi ora aparan zaman Elvin Alıyev vəd verdi ki,iki il burada işlədikdən  sonra sizə torpaq  sahəsi verəcəm və ev tikəcəm. Biz orada iki ilə yaxın işlədik. Sonra  başımıza bu bəla gəldi.Qışda  evi isitmək üçün Elvin Alıyev bizə mazut  gətirdi. Birinci gün özü mazutu qızdırıcı sobaya   doldurub,alışdırdı. Mən ilk gündən bunun təhlükəli yanacaq olduğunu ona bildirdim. İkinci  gün  soba  partladı,3 uşağım içəridə qaldı. Böyük qızım pəncərədən qaçıb,xilas  ola  bilsə  də,digər iki azyaşlı  övladlarım gözlərim baxa-baxa  yanıb  kül oldular.”

 

 

Xuraman Hacıyevanın iddiasına görə, fermanın sahibi imkanlı və vəzifəli şəxs olduğundan məsələni ört-basdır edə bilib.

 

“Fermanın sahibi Elvin Alıyev həmin vaxt polis orqanlarında  işləyirdi. Atası da Füzulinin icra başçısıdır. Əlaqələrindən istifadə edib ,uşaqlarımın qanlarını batırdılar. İş Prokurorluqda araşdırılarkən  Elvin bizə deyirdi ki,sizə  köməklik edəcəm. Neçə ildir ki,bizi yola verir. İndi də telefon zənglərinə belə  cavab vermir. Bizim savadımız olmadığı üçün sənədə qol çəkdirdilər. Guya biz şikayətçi deyilik. Halbuki mən həmin vaxtda hadisənin şokunu yaşayırdım.İki övlad itirən ana necə şikayətçi ola bilməzki?

Hadisə ilə bağlı yenidən hüquq mühafizə orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban  xanım  Əliyevaya  səslənirəm və xahiş edirəm ki, hadisənin əsl səbəbkarı üzə çıxarılsın və cəzasını alsın”,-deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Elvin Alıyevlə də əlaqə saxladıq.O,hadisə ilə bağlı açıqlama verməkdən imtina etdi.”Gedin işinizlə məşğul olun,sizin kimi jurnalistləri o qədər yola vermişəm ki…”,- deyərən  dəstəyi  asdı.

Qeyd edək ki, Elvin  Alıyev  əvvəllər  Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon  Polis İdarəsində  əməliyyat  müvəkkili  vəzifəsində çalışıb. 2019-cu ildə Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. Daha sonra polis orqanlarında yol verdiyi ciddi nöqsanlara  görə xidmətdən xaric olunub.

(İcra başçısı Alı Alıyev)

CityPost.az məsələni diqqətdə saxlayacaq.

 

Miri Məcidli

 

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yasamal və Nəsimidə oğurluq edən 5 nəfər saxlanılıb

Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub.Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır....

22 Oktyabr 2026, 15:38

Biləsuvar rayonunda 17 yaşlı yeniyetmənin meyiti tapılıb

Biləsuvar rayonunda 17 yaşlı yeniyetmənin meyiti tapılıb.17 yaşlı yeniyetmənin meyiti tapılıb.APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayon mərkəzində qeydə alınıbBələ ki, 2009-cu il təvəllüdlü Leyla Kazımovanın meyiti yaşadıqları mənzilin həyətində tapılıb.Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

21 Oktyabr 2026, 20:47

Bakıda 25 il əvvəl qadını öldürən şəxs saxlanılıb

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub.Citypost.az  xəbər verir ki, qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.Araşdırma aparılır.

21 Oktyabr 2026, 19:58

“Brain Academy” rəhbəri zorakılıq hadisəsini təsdiqləyib

“Brain Academy”nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağa qarşı zorakılıq göstərildiyi iddia olunur. Hadisə ilə bağlı təhlükəsizlik kamerasının görüntülərinin yayılması ictimai müzakirələrə səbəb olub. Mərkəzin rəhbərliyi hadisəni təsdiqləyib və uşağa qarşı zorakılıqda adı hallanan əməkdaşın işdən uzaqlaşdırıldığını açıqlayıb.Citypost.az xəbər verir ki, Məsələ ilə bağlı sözügedən mərkəzin rəhbəri Humay Mehdiyeva Modern.az-a açıqlamasında hadisənin onların filialında baş verdiyini təsdiqləyib və əməkdaşın işinə son verildiyini bildirib.“Bəli, bu hadisə bizim mərkəzdə baş verib. Bu gündən etibarən həmin əməkdaşın işinə qəti şəkildə son qoyulub. O, artıq bizim mərkəzdə çalışmır və bundan sonra heç bir yerdə uşaqlarla işləməməlidir. Məni tanıyan, mənimlə çalışan hər...

21 Oktyabr 2026, 17:33

Lyuka düşən qadın xəsarət alıb, AAYDA rəsmisi cərimə edilib

Bakıda qadın açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb.Citypost.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib.Xanım avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicinin açıq quyusuna düşüb. Nəticədə onun sağ baldır sümükləri sınıb və sağlamlığına az ağır zərər vurulub.Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) ilə cinayət...

21 Oktyabr 2026, 17:20

Xalçayuma adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı 

Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.Citypost.az xəbər verir ki, Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb. Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir....

21 Oktyabr 2026, 14:09