ACI XƏBƏR GƏLDİ: 4 nəfər faciəli şəkildə öldü
Hadisə 02 Dekabr 2024, 11:33
11681
Ağdərədə dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə cinayət işi başlanıb.
CityPost.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, noyabrın 30-da Ağdərədə avtomobilin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu il yol qəzalarında 140 nəfər ölüb
2026-cı ilin yanvar-mart aylarında 252 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 14,2 faiz azalaraq 319 nəfər olub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, qəzalar nəticəsində 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz azalaraq...
23 Aprel 2026, 17:42
Ötən gün qanunsuz saxlanılan 18 tüfəng aşkarlanıb
Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 4 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
23 Aprel 2026, 12:21
Ağcabədidə Kür çayı bəndi yarıb
Ağcabədi rayonunda Kür çayı bəndi yarıb."Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub.Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
23 Aprel 2026, 11:25
Ağstafada məktəbli bıçaqlanıb
Ağstafada bıçaqlanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.
23 Aprel 2026, 10:07
Toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub
Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.Onlar idarə etdikləri "Mercedes" və "Tofas" markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs...
23 Aprel 2026, 09:15
Tovuzda 6 yaşlı uşağı cərəyan vuraraq öldürüb
Tovuz rayonunun Çatax kəndində 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb."Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub.Uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.İlkin məlumata əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
22 Aprel 2026, 14:05