Xırdalanda bina yanır
Hadisə 03 Dekabr 2024, 20:31
13417
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.
Həmçinin oxuyun
Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.
Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Salyanda məktəbə “Molotov kokteyli” atıldı – saxlanılanlar var
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.APA-nın məlumatına görə, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.Araşdırma davam etdirilir.
30 Oktyabr 2026, 13:25
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov "Daewoo" markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub....
30 Oktyabr 2026, 11:05
Bakıda dəhşətli qəza: “Lada” sürücüsü həyatını itirdi
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Heydər Əliyev prospektində baş verib.Belə ki, Bahəddin Nəcəfzadə idarə etdiyi “Lada Granta” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Şamo Seyidovun idarə etdiyi “Man “ markalı yük avtomobilinin yarımqoşqusu ilə toqquşub.Hadisə nəticəsində xəsarət alan B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı cinayət işi başlanılıb....
30 Oktyabr 2026, 09:31
Bakıda iki yaşlı uşaq faciəvi şəkildə öldü
Bakıda körpə pilləkəndən yıxılaraq ölüb.Citypost.az xəbər verir ki, Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
29 Oktyabr 2026, 10:28
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.DİN-dən Citypost.az-a verilən xəbərə görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.Araşdırma davam etdirilir.
28 Oktyabr 2026, 17:00
Astara gömrüyündə 98 kiloqrama yaxın narkotik aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.Citypost.az komitəyə istinadən xəbər verir ki, "Cənub-Astara" gömrük postunda İrandan Rusiyaya "təzə kahı" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkarlanıb.Faktla bağlı araşdırma aparılır....
28 Oktyabr 2026, 13:16