Bizə yazın

Baku

-°C

USD

-

Qazaxın azad edilmiş kəndlərində aşkarlanan minaların sayı...

Hadisə 17 Yanvar 2025, 14:29

14490

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir.

Citypost.az xəbər verir ki, bu barədə ANAMA məlıumat yayıb.

İcra edilən əməliyyatlar zamanı 59 ha ərazi təmizlənib, 780 ədəd piyada əleyhinə mina, 95 ədəd tank əleyhinə mina və 32 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edilmiş ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Bu ərazilərdə minaların mina xətti kimi deyil, qrup minaları, yəni 5-6 və daha çox minadan ibarət formatda basdırılması hallarına rast gəlinir.

Eyni zamanda, həmin kəndlərə yaxın yerləşən ərazilərdə Agentlik nümayəndələri tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirləri həyata keçirilir, əhali ilə maarifləndirici görüşlər keçirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.Citypost.az  Oxu.Az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

23 Oktyabr 2026, 21:11

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb."Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.Təxminən 20 dəqiqə sonra körpə vəfat edib.Faktla bağlı araşdırma başlanılıb.

23 Oktyabr 2026, 19:56

Salyanda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb 

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.

23 Oktyabr 2026, 17:17

Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb 

Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.Bakıda, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıb.Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb....

23 Oktyabr 2026, 15:41

Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb 

Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb.Citypost.az xəbər verir ki, Məmmədov Vaqif Hüseyn oğlu Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərini çəkən zaman cərəyan vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb.Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

23 Oktyabr 2026, 09:42

Yasamal və Nəsimidə oğurluq edən 5 nəfər saxlanılıb

Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub.Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır....

22 Oktyabr 2026, 15:38