Bizə yazın

Baku

-°C

USD

-

İkinci kurs tələbəsi faciəvi şəkildə öldü- Foto

Hadisə 17 Yanvar 2025, 19:55

14803

Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Məmmədova faciəvi şəkildə həlak olub.

Onu Lənkəranda yolu keçmək istəyərkən maşın vurub.

Hadisə nəticəsində dünyasını dəyişən A.Məmmədova universitetin Filologiya və ibtidai təhsil fakültəsinin xarici dil müəllimliyi ixtisasının ikinci kurs tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov "Daewoo" markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub....

30 Oktyabr 2026, 11:05

Bakıda dəhşətli qəza: “Lada” sürücüsü həyatını itirdi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az  xəbər verir ki, hadisə Sabunçu rayonu, Heydər Əliyev prospektində baş verib.Belə ki, Bahəddin Nəcəfzadə idarə etdiyi “Lada Granta” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Şamo Seyidovun idarə etdiyi “Man “ markalı yük avtomobilinin yarımqoşqusu ilə toqquşub.Hadisə nəticəsində xəsarət alan B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı cinayət işi başlanılıb....

30 Oktyabr 2026, 09:31

Bakıda iki yaşlı uşaq faciəvi şəkildə öldü

Bakıda körpə pilləkəndən yıxılaraq ölüb.Citypost.az  xəbər verir ki, Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

29 Oktyabr 2026, 10:28

Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.DİN-dən Citypost.az-a verilən xəbərə görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.Araşdırma davam etdirilir.

28 Oktyabr 2026, 17:00

Astara gömrüyündə 98 kiloqrama yaxın narkotik aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.Citypost.az komitəyə istinadən xəbər verir ki, "Cənub-Astara" gömrük postunda İrandan Rusiyaya "təzə kahı" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkarlanıb.Faktla bağlı araşdırma aparılır....

28 Oktyabr 2026, 13:16

Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

28 Oktyabr 2026, 13:00