Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Kür yolu deyilən ərazidə qeydə alınıb. "Opel" markalı avtomobilin arabaya çırpılması nəticəsində arabaçı 72 yaşlı E.Əsgərov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.