O maşını kim sürürdü?- 17 yaşı var imiş

Hadisə

19 Yanvar 2025, 12:47
O maşını kim sürürdü?- 17 yaşı var imiş
33

Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, YPX avtomobilinin qarşısına çıxan  “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.

Belə ki, avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.  

Qeyd edək ki, hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olub.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%