Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
Hərbi 08 Aprel 2025, 19:11

1129
2025-ci ilin hazırlıq planına uyğun olaraq, müasir döyüş üsullarına əsasən, Azərbaycan Ordusunda yeni əməliyyat konsepsiyasının tətbiqi ilə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlim keçirilib.
Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti döyüş atışlı təlimin gedişini izləyib.
Müdafiə nazirinə məruzə olunub ki, təlimə cəlb edilən müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə ərazinin kəşfiyyatı aparılır, şərti düşmən hədəflərinin dislokasiyası və zirehli texnikanın hərəkəti barədə məlumatlar operativ şəkildə döyüşü idarəetmə mərkəzinə ötürülür.
Ssenariyə əsasən, hücumdan əvvəl artilleriya bölmələri və aviasiya vasitələri ilə şərti düşmənin cəmləşmiş ehtiyatları və canlı qüvvəsinə zərbələr endirilib, minalanmış ərazilərdən keçidlərin açılması təmin edilib.
Təlim zamanı helikopterlər vasitəsilə şəxsi heyət təxliyə edilib, şərti düşmən kolonu pusquya salınaraq zərərsizləşdirilib, həmçinin dayaq məntəqələri ələ keçirilib.
Qeyd edək ki, taktiki təlimin məqsədi müasir döyüş üsulları nəzərə alınmaqla hazırlanmış yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Həmçinin oxuyun

Barəsində rüşvət qalmaqalı yaranan şəxsə yüksək vəzifə verdi — Nazirlikdən məsələyə reaksiya
Başımız niyə ağrıyır? — Həkim səbəblərini və çarəsini açıqladı
700 manata başa gələn işin rüsumu əslində görün nə qədər imiş — Ekspert danışır
Mənəviyyatsızlığın ilk pilləsi xəcalət hissini itirməkdir — Şəmsi Vəfadar Şərurlu İsfəndiyarı tənqid etdi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

MN: Mədəniyyət mərkəzinə atəş açılması barədə Ermənistanın yaydığı məlumat yalandır
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.Müdafiə Nazirliyindən Citypost.az-ya verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb."Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir", - məlumatda deyilir....
14 Aprel 2025, 16:29

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.Citypost.az nazirliyə istinadən icmalı təqdim edir.
13 Aprel 2025, 17:00

Rusiya Hərbi Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub - VİDEO
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi tarix elmləri namizədi general-polkovnik Vladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU) olub.Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib.Bu barədə Citypost.az-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.MMU-da yüksək səviyyəli görüş keçirilibMMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib.Hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunubGörüşdə Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Rusiya nümayəndə heyətinə brifinq təqdim edilibRusiyalı qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən...
12 Aprel 2025, 15:17

36 nəfər yararsız olduğu halda xidmətə çağırılıb...
Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb.Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb.Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi...
09 Aprel 2025, 10:45

Bu kursantlara "miçman" rütbəsi veriləcək
Nazirlər Kabineti “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında” 22 may 2024-cü il tarixli qərarında dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, bundan sonra adı çəkilən hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara müdafiə nazirinin əmri ilə “gizir” hərbi rütbəsi ilə yanaşı "miçman" hərbi rütbəsi də veriləcək. Bunun üçün hər 3 kollecin nizamnamələrinə dəyişiklik olunub....
03 Aprel 2025, 16:14

MN: Azərbaycan Ordusunun guya Xanazax yaşayış məntəqəsini atəşə tutması barədə Ermənistanın məlumatı tamamilə yalandır
Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır:"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq...
31 Mart 2025, 20:11