Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda qaz kondensatının hasilatı azalıb  

İqtisadiyyat 25 Aprel 2025, 15:59

4708

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 243,76 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,2% azdır.

Dövlət Statistika Komitəsindən CityPost.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 1 241,55 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 9,2% azalma deməkdir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 5 292,34 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İqtisadçı: Kraudfandinq qanunu yeni investisiya imkanları açacaq

“İndiyə qədər çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib. Bunun əsas səbəblərindən biri isə kiçik məbləğlərlə qanuni və şəffaf investisiya imkanlarının məhdud olması idi. "Kraudfandinq haqqında" yeni qanun bu baxımdan maraqlı yenilikdir."Kraudfandinq" sözü "kütləvi maliyyələşmə" deməkdir”. Citypost.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, bildirib ki, mahiyyət etibarilə isə yüzlərlə və ya minlərlə insanın kiçik məbləğlərlə eyni biznes layihəsinə investisiya etməsidir. Məsələn, yeni texnologiya hazırlayan bir startapın 300 min manata ehtiyacı varsa, bunu bir nəfərdən deyil, 1000 nəfərin hər birindən 300 manat cəlb etməklə də əldə edə bilər:“Bu, dünyada uzun illərdir istifadə olunan və həcmi artıq 100...

09 İyul 2026, 10:00

Eldəniz Əmirov: İstehlak düşüncəsi insanı idarə edir

Modernizm insana kənddə qoyun saxlamağı gerilik kimi göstərir, amma şəhərdə it saxlamağı prestij hesab etdirir.Halbuki qoyun iqtisadi dəyər yaradır. Ət verir, süd verir, yun verir, gəlir gətirir. O, istehsalın və əməyin bir hissəsidir. İt isə əksər hallarda sahibinin qazandığı resurs hesabına yaşayır. Məsələ qoyunla itin müqayisəsi deyil.Əsl məsələ dəyərlərin necə dəyişdirilməsidir. Kapitalistlər dünyada elə bir düşüncə formalaşdırır ki, istehsal etmək yox, istehlak etmək daha cəlbedici görünür. "Əmək" gerilik, "mənasız nümayiş" isə müasirlik kimi təqdim edilir. Ona görə də insan qazandığını artırmağa deyil, qazandığını göstərməyə həvəsləndirilir.Bu dəyişiklik bir gündə və ya  bir il, iki il ərzində də baş vermir. Onilliklər ərzində insanların...

06 İyul 2026, 09:44

Zaur İbrahimli: İqtisadi inkişafın əsas şərti islahatlara etimaddır  

Ekspert Zaur İbrahimli bildirib ki, iqtisadi inkişaf strategiyalarının uğuru ilk növbədə cəmiyyətin və investorların islahatlara olan etimadından asılıdır.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, tarixi təcrübə göstərir ki, Almaniyada Konrad Adenauer dövründə həyata keçirilən sosial bazar iqtisadiyyatı modeli, eləcə də Cənubi Koreyada Park Çon Hinin rəhbərliyi altında baş verən iqtisadi yüksəliş islahatların ədalətli və dürüst şəkildə həyata keçiriləcəyinə dair ictimai inam sayəsində mümkün olub.Z.İbrahimli qeyd edib ki, Sinqapurda Li Kuan Yu və Çində Den Syaopin nümunələri isə etimadla yanaşı, bacarıqlı idarəçilik və nəticəyönümlü icranın vacibliyini ortaya qoyub. Onun fikrincə, bu ölkələrdə dövlət aparatının səmərəli fəaliyyəti və islahatların uğuruna inam investisiyaların...

18 İyun 2026, 09:20

Azərbaycan neftinin qiyməti artıb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,51% bahalaşaraq 96,85 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 96,36 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

12 İyun 2026, 09:53

Azərbaycanın xarici dövlət borcu 8 % azalıb 

Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib.Citypost.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır.Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb.Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb....

10 İyun 2026, 12:25

Azərbaycan əhalisinin gəlirləri 10 %-dən çox artıb 

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699,8 milyon manat təşkil edib.Citypost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.

10 İyun 2026, 12:22