Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,84 ABŞ dolları və ya 1,13% artaraq 75,19 dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 74,35 dollara ticarət edilib.