Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
Müsahibələr 13 Mart 2025, 11:59

18247
Hamıya məlum olduğu kimi, martın 3-də üzərində rinoseptoplastika əməliyyatı aparılmış Nəzrin Mansurlunun vəziyyətinin ağırlaşması, bir neçə gün sonra vəfat etməsi, ardınca isə Nəzrin Mansurlunun ölümündə həmin əməliyyatı etmiş cərrah Sənan Mehdiyevin təqsirli bilinərək həbs edilməsi ictimaiyyətdə böyük rezonans yaratdı, fikirlər qütbləşdi və bu cəmiyyətdə cavablardan çox yeni suallar doğurdu.
Əməliyyatı aparmış həkim-otorinolarinqoloq Sənan Mehdiyev istintaq başlayandan özünü təqsirli bilməsə də, təqsirini təsdiqləyən heç bir sübutun olmadığını bildirsə də, onun barəsində həbs qətimkan tədbiri seçilib.
CityPost.az xəbər verir ki, həkim-otorinolarinqoloq Sənan Mehdiyevin anası, uzunillik müəllimlik təcrübəsinə malik Nəzmirə Mehdiyeva “Qaynarinfo.az”a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Mərhum Nəzrin Mansurlunun ölümü hamını sarsıtdı, cərrah Sənan Mehdiyevin həbs edilməsi isə cəmiyyətdə birmənalı qarşılanmadı. Məlumat aldıq ki, Sənan Mehdiyevin hüquqlarını artıq bir neçə vəkil müdafiə edir. Məsələ ilə bağlı fikrinizi bilmək istərdik. Hazırda işin istintaqı hansı mərhələdədir?
- İlk növbədə cavan gəlin, körpə anası Nəzrin Mansurlunun ölümü hamı ilə bərabər bir ana kimi məni də, Sənanın özünü və ailəsini də çox sarsıtdı. Onun əzizlərinin, yaxınlarının hansı iztirabları keçirdiyini hiss etmək çox çətindir. Nəzrin Mansurlunun vəfatı onun yaxınları üçün əvəzssiz itkidir. Ona Allahdan qəni-qəni rəhmət, yaxınlarına səbr diləyirik. Həmçinin Sənan Mehdiyevə qarşı biganə qalmayan hər bir kəsə ana kimi öz dərin minnətdarlığımı bildirirəm. O da hazırda bir həkim kimi, insan kimi baş verənlərdən çox təsirlənib. Sualınızın cavabında isə deyə bilərəm ki, doğrudur, həqiqətən Sənan Mehdiyevin müdafiəsini gücləndirmək məqsədilə bu sahədə ixtisaslaşmış peşəkar vəkillər Hikmət Babayevi və Aydın Abdullayevi işə cəlb etmişik. Bildiyiniz kimi, vəkilin vəzifəsi və məqsədi müvəkkili olduğu şəxsi müdafiə etməkdir. İttiham tərəfinin vəzifəsi isə cinayəti törətməkdə təqsirkar şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini təmin etməkdir. Dövlətin və ictimaiyyətin məqsədi isə ədalətin bərqərar olmasıdır. Məhz bu səbəbdən də hesab edirəm ki, işin obyektiv gedişatı hər üç tərəfin məqsədinin ümumilik təşkil etdiyini göstərəcək. Onu da qeyd edim ki, Sənanın müdafiəçilərinin verdiyi məlumata əsasən, istintaq hələ ilkin mərhələdədir, Sənan Mehdiyev Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs edilib, hazırda ibtidai istintaq tərəfindən isə məhkəmə tibbi komission ekspertiza təyin edilib. Ümid edirəm ki, onun nəticələri çox məsələyə aydınlıq gətirəcək.
- Axı bir dəfə ekspertiza olmuşdu, demək istəyirsiniz ki, əvvəlki ekspertiza rəyi doğru deyil?
- Dəqiqləşdirim. Birincisi qeyd etdiyiniz məhkəmə tibbi ekspertiza rəyi meyitin müayinəsi rəyidir. Onun həqiqəti əks etdirib-etdirmədiyi növbəti tədqiqatlarla müəyyən ediləcək. Lakin onu qeyd edə bilərəm ki, həmin rəydə ekspertin gəldiyi nəticə elmi-metodiki göstəricilərə əsaslanmadan, zəruri tədqiqatlar tam və dolğun aparılmadan, eləcə də zəruri sahə ekspertlərinin rəyləri nəzərə alınmadan bir qədər tələsik qəbul edilmiş sənəddir. Sənanın vəkillərinin verdiyi məlumata əsasən, həmin rəy onunla bir gündə və rəydən əvvəl tərtib edilmiş meyitin baxış protokolu ilə ziddiyyət təşkil edir. Nə üçünsə istintaq Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin ekspertlərinin belə kobud səhvinə əhəmiyyət verməyib. Hətta vəkillər qeyd edirlər ki, işdə belə ziddiyyətlər olduğu təqdirdə o, təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.
- Bir dəqiqə, cavabınız mənə tam aydın olmadı. Düşünürəm ki, bu fikir oxucularda da sual yaradacaq. İzah edə bilərsinizmi ziddiyyətlər nədən ibarətdir?
- Bildiyin və anladığım qədərini izah edə bilərəm ki, meyitin baxış protokolunda alın və xəlbir sümüklərində hər hansı çat və ya sınıq və ümumiyyətlə, xəsarət olmadığı təqdirdə baxışı və ekspertizanı həyata keçirən ekspert Ceyhun Allahverdiyev baxışda görmədiyini rəydə aşkarlayaraq mərhumun burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığını müəyyən edib. Bu ziddiyyət çox təəccüblüdür. Eyni zamanda o da maraqlıdır ki, həmin rəydə mərhumun vəfat etdiyi klinikada ölümündən əvvəl başında edilmiş Kompüter Tomoqrafiyanın nəticələrində heç bir çat və ya sınıq aşkarlanmadığı halda 70-dən artıq yaşı olan, eynəyin köməyi ilə vizual tədqiqat aparan ekspert Ceyhun Allahverdiyev necə olubsa tədqiqat nəticəsində Kompüter Tomoqrafiyanın görə bilmədiyini aşkarlayıb. Ümumiyyətlə, yeri gəlmişkən qeyd edim ki, bildiyim qədər əmək qanunvericiliyinə əsasən dövlət müəssisələrində 65 yaşı tamam olmuş şəxslər vəzifə tuta bilməz. Lakin C.Allahverdiyev hələ də ekspert olmaqla yanaşı el arasında "təknəfərlik” şöbənin müdiri kimi də fəaliyyət göstərir. Məncə, elə bu faktlar qeyd edilən rəyin sübutlardan çıxarılmasına tam əsas verir. Həmçinin ekspert rəyində ölümün səbəbini meninqoensefolit göstərsə də, bununla bağlı heç bir tədqiqat aparmır, yalnız mərhumun vəfat etdiyi klinikanın tərtib etdiyi xəstəlik tarixinə istinad edir. Deməli, ekspert özü-özlüyündə müəyyən qənaətə gəlmiş, doğru desək, nəticəyə özünü inandırmış və bunu rəydə əks etdirmək üçün ona lazım olan sənədlərə istinad etmiş, lazım olmayanlara göz yummuş və bununla da rəydə ciddi ziddiyyətlər yaratmışdır. Unutmamış onu da qeyd edim ki, sözügedən rəyin tədqiqatı cəmi 40 dəqiqə davam edib. Bu isə mütəxəssis həkimlərin, o cümlədən neyrocərrahların verdiyi məlumatlara əsasən heç kəllə sümüyünün patoloji anatomik yarılması üçün kifayət etmir, nəinki, kəllə beyin və meyitin tam xarici və daxili müayinəsinin keçirilməsinə belə.
Həmçinin oxuyun
- İctimaiyyəti çox maraqlandıran bir sual vermək istəyərdim. Həkim otorinolarinqoloq Sənan Mehdiyev mərhum Nəzrin Mansurlunun ölümündə həqiqətən günahkardırmı?
- Sənanın müdafiəçiləri tərəfindən qısa zaman ərzində aparılan araşdırmalar oğlumun təqsirli olmadığını isbat edir və onun bu istiqamətdə hüquqlarını müdafiə etmək üçün kifayət qədər əsaslar verir. Lakin istintaq orqanının hazırki mərhələdə gəldiyi nəticə tamamilə fərqlidir və ümidvaram ki, Sənanın müdafiəçilərinin köməyi ilə istintaq gedişatında həqiqət müəyyən ediləcək.
- Həkim Sənan Mehdiyev mərhum Nəzrin Mansurlunun ölümündə təqsirli deyilsə, əməliyyatın nəticəsi ölümə səbəb deyildirsə, onda ölümün səbəbi nədir və onun ölümündə təqsirkar kimdir?
- Suallarınızla istintaq prosesini qabaqlamağa çalışırsınız, düşünürəm bir qədər tələsirsiniz. Bir daha qeyd edim ki, Sənan Mehdiyevin Nəzrin Mansurlunun ölümündə günahkar olmadığına əminəm. Lakin bu ölümdə kimin təqsirli olmasını istintaq müəyyən edəcək. Müdafiəçilərin vəzifəsi isə sadəcə olaraq Sənan Mehdiyevin təqsirli olmadığını isbatlamaqdan ibarətdir. Təqsirkarı axtarmaq isə ümumiyyətlə, bizim səlahiyyətlərimiz daxilində deyil.
- Artıq bir neçə sualıma cavab olaraq Sənan Mehdiyevin mərhum Nəzrin Mansurlunun ölümündə təqsirli olmadığını qeyd edirsiniz. Yəqin ki, bunu deməyə sizdə mötəbər əsaslar var. Bu barədə ictimaiyətlə fikirlərinizi bölüşə bilərsiniz?
- Bir az əvvəl qeyd etdiyim kimi müdafiə tərəfinin də Sənan Mehdiyevin təqsirsizliyini isbat edən və ən başlıcası istintaq sirri olmayan bir sıra dəlilləri var. Məsələn, sıralarında tibb elmləri doktoru, tibb elmləri üzrə fəlsəfə doktoru olan "Azərbaycan Rinoplastika Cərrahları” İctimai Birliyinin 50-dən artıq üzvündən ibarət həkim konsiliumunun, eləcə də Azərbaycan Tibb Universitetinin professoru Vəfa Pənahianın vəkillərin təqdim etdikləri suallar əsasında apardıqları tədqiqatın nəticəsi kimi tərtib etdikləri mütəxəssis rəylərinə istinadən Sənan Mehdiyevin Nəzrin Mansurlunun ölümündə təqsirli olmadığını asanlıqla isbat etmək olar. Rəylərdə həkimin düzgün anamnez topladığı, yəni əməliyyat öncəsi tibbi protokollara uyğun olaraq müvafiq müayinələri təmin etdiyi öz təsdiqini tapır. Hətta anestezi vərəqəsinə əsasən rinoseptoplastika əməliyyatından əvvəl həkim-anestezioloq-reanimatoloq tərəfindən Mansurlu Nəzrin Aydın qızının əməliyyata buraxılmasının məqbul hesab edilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, həkimlərin yekdilliklə gəldikləri fikirlərə əsaslanaraq, bir daha qeyd edim ki, rinoseptoplastika əməliyyatında istifadə edilən "osteotom” tibbi alətin tam standartlara uyğun olmasını nəzərə alaraq Sənan Mehdiyev tərəfindən Nəzrin Mansurlunun üzərində edilmiş rinoseptoplastika əməliyyatı zamanı texniki cəhətdən qüsurlu əməliyyat keçirilməsi və xəstəyə xəsarət yetirilməsi qeyri-mümkündür. Bundan əlavə, mütəxəssislərin rəyində o da öz əksini tapmışdır ki, ambulator nəzarətdə olduğu dövrdə Nəzrin Mansurluya AR Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş aktların tələblərinə uyğun ixtisaslı tibbi xidmət göstərilsə idi, onun həyatda qalması mümkün olardı.
- Sizin qeyd etdiyiniz "ixtisaslı tibbi xidmət göstərilsə idi” nə deməkdir? Bunu açıqlaya bilərsinizmi?
- Əlbəttə. Həkim mütəxəssislərin rəyinə əsasən ixtisaslı ambulator və reanimatoloq tibbi xidmətlərinin göstərilməsi dedikdə, ərazi üzrə ambulator xidmətlər və bu zaman aşkarlanan hər hansı kəskinləşmə hallarına görə isə artıq ixtisaslaşmış tibbi xidmət, yəni reanimatoloji xidmət nəzərdə tutulur. N.Mansurluya bu xidmət göstərilməli idi. Ambulator şəraitdə olan Nəzrin Mansurluya Sənan Mehdiyev tərəfindən ixtisaslı ambulator və reonimatoloji tibbi xidmətlərin göstərilməsi tibbi protokolların tələblərinə zidd olduğu üçün yolverilməz idi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Qarabağın Həcərinin Xocalı Soyqırımı GÜNDƏLİYİNDƏN
Birinci Qarabağ Müharibəsinin canlı şahidlərindən olan keçmiş döyüşçü,Qarabağın Həcəri kimi tanınan Sabirə Mahmudova Xocalı Soyqırımı ərəfəsində baş verən hadisələrlə bağlı xatirələrini bölüşüb.
26 Fevral 2025, 14:32

Ramiz Mehdiyev Misir Mərdanovu işdən çıxarmaq istəyirmiş - MÜSAHİBƏ
Keçmiş təhsil naziri Misir Mərdanov Ulvira Qarayevanın aparıcısı olduğu "Astar" layihəsində müsahibə verib. CityPost.az xəbər verir ki, keçmiş nazir müsahibəsində maraqlı detallara toxunub. Misir Mərdanov söhbət zamanı övladlarından,şəxsi həyatından,geyiminin qiymətindən və Ramiz Mehdiyevlə soyuq münasibətlərindən danışıb. Həmin müsahibəni təqdim edirik:
10 Fevral 2025, 11:28

Ermənistanın aldığı ATAGS-lər sıradan çıxdı
Ermənistanın Hindistandan aldığı ilk 6 ədəd ATAGS haubitsası sınaqlar zamanı sıradan çıxıb. Citypost.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerevanskiy nablyudatel” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, iki sistem dərhal sıradan çıxıb (erməni tərəfi Hindistan nümayəndələrinin gəlişini belə gözləmədən haubitsaları dağıdıb), dördünü isə çətinliklə də olsa, yüksək dağlıq əraziyə darta biliblər: “Bununla yanaşı, “Ashok Leyland FAT” yedəkləri də ərazidə özünü pis göstərib. Təpmə sisteminin qeyri-sabit işləməsi tənqidlərə səbəb olub. Və ən böyük çatışmazlıq enerji təchizatı sistemi söndürüldükdə və ya uğursuz olduqda balqabağa dönən tam elektrikləşdirilmiş silah ötürücüsüdür”. Kanalln məlumatına görə, əslində, bazarda ATAGS-dən daha etibarlı və daha ucuz silahlar var. Uğursuz sınaqlardan sonra külli miqdarda...
22 Noyabr 2024, 15:12

"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir"
Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauşonun COP29-la əlaqədar Bakıya gəlişi çoxları tərəfindən müsbət qarşılansa da, müzakirəsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrdə məsələyə fərqli aspektdən yanaşanlar futbolçunun gəlişi üçün xeyli vəsait xərcləndiyini, ona ayrılan pulun sosial sahəyə yönəltmək lazım olduğunu bildiriblər. Milli Məclisin deputat Fazil Mustafa isə Pravda.az-a açıqlamasında deyib ki, bu, insanların mahiyyətcə nə istədiklərini özlərinin də müəyyənləşdirə bilməmələrindən qaynaqlanır. “Təbii ki, sosial vəziyyəti ağır, narazı, problemləri olan insanlar bütün sahələrdə belə çağırışlar edirlər. Hətta Ermənistanla müharibə apardığımız dövrdə silah alınanda da kimlərsə deyirdi ki, silaha xərclədiyiniz pulu sosial müadifəyə verərdiniz, yaxud hərəyə 100 manat pul paylayardınız. Məsələyə ümumilikdə dövlət, millət,...
14 Noyabr 2024, 14:52

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
"Azur” Ticarət Mərkəzi insanların həyat və sağlamlığına təhlükə törədən fəaliyyətlə məşğuldur. CityPost.az xəbər verir ki, bu barədə Demokrat.az-a Azad İstehlakçılar Birliyi tərəfindən məlumat verilib. Məlumata görə, “Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC arasındakı qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq səviyyəyə gəlib çatıb. Məsələdə MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlunun da adı hallanır. Belə ki bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli olan maddələrin təsirinə məruz qalmış paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər. Məlumatda qeyd olunur ki, “Azur”un rəhbəri olan Fuad Rzayev (“Azərenerji” ASC-nin prezidenti Baba...
07 Noyabr 2024, 14:30

Lukaşenkodan Trampa TƏKLİF: Müharibəni dayandıra bilsə...
ABŞ-ın yeni prezidenti Donald Tramp bütün müharibələri dayandıra bilsə, Minsk onu Nobel Sülh Mükafatına namizəd göstərəcək. Citypost.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. “Əgər Donald Tramp bunu etsə, biz Nobel mükafatı üçün petisiya göndərəcəyik”, - Lukaşenko bildirib. O, həmçinin xatırladıb ki, Tramp seçki kampaniyası zamanı Ukrayna da daxil olmaqla, hərbi münaqişələrə son qoyacağına söz verib. Bundan əvvəl Lukaşenko Trampı ABŞ prezidentliyinə qayıtması münasibətilə təbrik edib. Onun sözlərinə görə, seçkilərin nəticələri “Trampın şəxsi şücaətinin təcəssümüdür”. Yeganə...
07 Noyabr 2024, 14:30