Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub
Siyasət 23 İyun 2025, 12:48

189
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.
CityPost.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə həyata keçirilmiş işlər barədə məlumat verdi.
Bildirildi ki, bu kompleks Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq.
Həmçinin oxuyun
Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Goranboyda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
23 İyun 2025, 14:57

Prezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.
23 İyun 2025, 14:33

Prezident Goranboya getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda Konstralab Industries QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
23 İyun 2025, 13:49

Azərbaycan gələn il İƏT sədrliyini təhvil alacaq
Azərbaycan 2026-cı ildə İƏT sədrliyini təhvil alacaq.
21 İyun 2025, 18:54

Lüksemburqun Böyük Hersoqu Prezident İlham Əliyevi təbrik edib
Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
21 İyun 2025, 17:25

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Bir qrup dövlət qulluqçusu təltif edilib.
21 İyun 2025, 16:20