Azərbaycan bu qrupa 2 il sədrlik edəcək
Siyasət 03 Dekabr 2024, 14:00
11157
Azərbaycan Mərkəzi-Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2-13 dekabr 2024-cü il tarixlərinda Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.
"Sədrlik dövründə ölkəmiz həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.
Həmçinin oxuyun
Qrupa Azərbaycan Respublikası ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövlətləri daxildir.
2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və s. prioritet sahələr müəyyən olunub.
12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir", - XİN-in məlumatında deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tofiq Musayev BMT-də mina qurbanları və itkin azərbaycanlıların taleyindən danışıb
Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokolların statusu") üzrə bəyanatında keçmiş işğalçı rejimin hərbi komandirlərinin münaqişə zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib.Citypost.az xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəsi, səfir Tofiq Musayev səsləndirib və minalar səbəbindən Azərbaycanda mülki şəxslər arasında davam edən ölüm, yaralanma hallarına, eləcə də keçmiş münaqişə ilə əlaqədar hələ də itkin hesab edilən minlərlə azərbaycanlının taleyinə diqqət çəkib.Həmçinin keçmiş işğalçı rejimin hərbi komandirlərinin və rəhbərlərinin münaqişə zamanı törətdikləri, əksəriyyəti beynəlxalq hüquqa əsasən ağır cinayətlər hesab edilən əməllərə görə cinayət təqibinə cəlb...
19 Oktyabr 2026, 20:55
TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
TÜRKPA-nın 15-ci plenar iclası çərçivəsində Bişkek şəhərində "Qadınlar və mədəni diplomatiya: dil və ortaq ənənələr vasitəsilə birliyin gücləndirilməsi" mövzusuna həsr olunmuş Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib.Bu barədə Citypost.az-a TÜRKPA-dan məlumat verilib.Bildirilib ki, iclasa Qrupun rəhbəri, Qazaxıstan Respublikasının Qurultayının üzvü Ayjan Temerbayeva sədrlik edib. Tədbir üzv dövlətlərin qadın parlamentarilərini bir araya gətirərək iclasın əsas mövzusu ətrafında dialoq və fikir mübadiləsi üçün imkan yaradıb.İclasda parlament üzvləri Tamam Cəfərova (Azərbaycan), Ayjan Temerbayeva (Qazaxıstan), Medina Kayrılbekova (Qırğızıstan) və Zeynep Yıldız (Türkiyə), həmçinin TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov çıxış ediblər.Müzakirələr mədəni diplomatiyanın təşviqində qadınların roluna, ortaq mədəni irsin qorunmasına, dil...
19 Oktyabr 2026, 20:00
Vüqar Rəhimzadə: Zəngilanın yenidən qurulması dövlətimizin gücünü göstərir
Zəngilanın bərpası
44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin əsasını qoydu. Bu möhtəşəm Qələbə yalnız torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda, milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın yenidən bərpası oldu. Bu kontekstdə Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ideoloji, siyasi və strateji əhəmiyyət kəsb edən, gələcəyə yönəlmiş mühüm bir çağırış kimi dəyərləndirilir. Hər bir şəhərin azad olunduğu tarixin Şəhər Günü kimi qeyd edilməsi bu ərazilərin əbədi və əzəli sahibinə qovuşduğunu beynəlxalq aləmə bir daha bəyan edir. Azad edilmiş şəhərlərdə reallaşdırılan...
19 Oktyabr 2026, 18:20
Qulu Məhərrəmli: “Media qardaşlıq münasibətlərinə həssas yanaşmalıdır”
Professor, media eksperti Qulu Məhərrəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrikinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Professor qeyd edib ki, özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas yanaşmalı, sosial şəbəkələrdə bu münasibətləri hədəf alan şəxslərin yolu ilə getməməlidir. Onun sözlərinə görə, bəzən media da bu axına qoşularaq qızışdırıcı mövqe tutur.Qulu Məhərrəmli hadisələrin arzuolunmaz istiqamətdə inkişaf etdiyi bir vaxtda Ərdoğanın Azərbaycanı təbrik etməsini mühüm hadisə kimi qiymətləndirib.“ƏRDOĞAN: AZƏRBAYCAN TÜRKÜ QARDAŞLARIMI SALAMLAYIRAM!Özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas olmalı, sosial şəbəkələrdə bu münasibəti hədəf almış cahillərin yolu...
19 Oktyabr 2026, 09:10
Nailə Balayevadan Paşinyana sual: Sülh müqaviləsi niyə gecikir?
Jurnalist Nailə Balayeva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrə, eləcə də Ermənistan-Türkiyə münasibətlərinə dair fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Nailə Balayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist bildirib ki, onu hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan-Türkiyə sərhədinin açılması barədə tez-tez danışması və Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər ertələnməsi ilə bağlı məsələ narahat edir.Nailə Balayeva qeyd edib ki, bu iki bəyanat arasında əlaqə olmaya da bilər. O, Türkiyə və Azərbaycan arasında münasibətlərlə bağlı müzakirələr əvəzinə diqqətin Ermənistanın bəyanatlarına yönəldilməsini vacib sayıb.“Mən Sizi bilmirəm. Məni hazırda narahat edən Mirzoyanın tez-tez Ermənistan-Türkiyə...
19 Oktyabr 2026, 09:06
“Düşmən dəyirmanına su tökməyək” – Akif Aşırlıdan çağırış
"Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Türkiyə və Azərbaycan arasında münasibətlərin gərginləşməsi ilə bağlı çağırış edib.Citypost.az xəbər verir ki, Akif Aşırlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist iki ölkə arasında münasibətlərin bilərəkdən böhran həddinə gətirildiyini vurğulayıb və tərəfləri əsassız iddialara qarşı diqqətli olmağa, birliyin qorunmasına çağırıb.“Türkiyə və Azərbaycan arasında münasibətlər təəssüf ki, bilərəkdən ( bilməyərəkdən yox ! ) böhran həddinə gətirilir və dövriyyəyə ağlasığmaz iddialar daxil edilir. Bu iki Türk Dövlətinin birliyini pozmağa calışan böyük güclər arasında 3 - cü bir qüvvənin olması şübhəsizdir.Nəzarətsiz sosial media şəbəkələri üzərindən blogerlər və infulinserlərlə aparılan , sonu heç də xoş...
19 Oktyabr 2026, 08:40