Xarici ölkələrin diplomatları Şəhidlər Xiyabanını ziyarət ediblər -FOTO

Siyasət

19 Yanvar 2025, 17:00
Xarici ölkələrin diplomatları Şəhidlər Xiyabanını ziyarət ediblər -FOTO
32

Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı diplomatik nümayəndəliklər üçün 20 Yanvar Ümumxalq Hüzn Günü anım tədbiri təşkil edib.

Citypost.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin sosial şəbəkə hesablarında paylaşımlar edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımında qeyd edilib ki, səfir Cahit Bağçı və digər ölkələrin diplomatları bu gün 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

“Faciənin 35-ci ildönümündə şəhid azərbaycanlı qardaşlarımızı bir daha anırıq”, – deyə Türkiyə səfirliyinin paylaşımında bildirilib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin paylaşımında bildirilib ki, səfir Peter Mixalko və Aİ-yə üzv ölkələrin səfirləri 20 Yanvar qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər.

Xarici ölkələrin diplomatları Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO Xarici ölkələrin diplomatları Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%