Şəmsi Vəfadardan Rəqsanəyə sərt sözlər: "Qənd tapmayan adam necə milyonçu ola bilər?"
Söz adamı 27 Sentyabr 2024, 14:32
17931
Günlərdir ki, mediada müğənni Rəqsanə İsmayılovanın Moskvadakı mənzilindən 218 min avro (təxminən 411,932 AZN) dəyərində qızıl-ziynət əşyasının oğurlanması barədə xəbərlər yayılır.Bəzi sosial şəbəkə istifadəçiləri bunun həqiqət olmadığını və Rəqsanə İsmayılovanın bu xəbərlə özünü reklam etdiyini iddia edirlər.
CityPost.az xəbər verir ki, Tanınmış şair Şəmsi Vəfadar qeyd olunan xəbərlərin fonunda müğənni Rəqsanə İsmayılova ilə bağlı xəbərlərə münasibət bildirib.
Həmin tənqidi məqaləni təqdim edirik:
Cəmiyyətdə hər təbəqədən insanlar var.Heç bir ali təhsili olmayan,musiqi biliyi və savadı olmayan, müxtəlif kişilərdən uşaq dünyaya gətirmiş birinin durub millətə əxlaq,tərbiyə dərsi keçməyə hüququ yoxdur. Qadına bir kişi çoxdur,iki kişi azdır, deyiblər.Rəhmətlik İlhamə Quliyevanın vaxtında bu tip insanlar yarasa kimi görsənmirdilər,ağızlarına su alıb susmuşdular.Bir qədər pərdəli dolanırdılar. Çünki o çıxıb kimin kim olduğunu açıqcasına deyirdi axı... İndi belələrinə baş qoşmaq istəyənlər azdır. Onlar da münbit şəraitdən istifadə edib guruldayırlar,ağzılarına gələni danışırlar. Hətta bir -birlərinin bostanına daş atırlar. Hələ utanmayıb deyirlər ki, bizim ərimiz var. Qadının əri olar də.. Bunun nəyi yenilikdir ki...Burada qürrələnməyə nə var axı?
Ruslarda belə bir misal var: “Hər malın öz alıcısı var.” Səni alan,səninlə ailə quran da sənin səviyyən olar. Gör,insan nə gündədir ki, hər şeyi boynuna alıb,səni seçib.Unutma ki, sən qadınların arasında kimsənsə,o da kişilərin arasında həmin adamdır.
Həmçinin oxuyun
Yaxşı xatırlayıram,bu qadının anasını və bacısını illər öncə insan alveri məsələsinə görə cinayət məsuliyyətinə cəlb etmişdilər. Onların barəsində eyni əmələ görə məhkəmə hökmü var. Heç olmasa keçmişlərinə baxıb xəcalət çəksinlər. Özləri Azərbaycan musiqisinə və incəsənətinə onsuz da kifayət qədər zərbə vurduqları bəs deyilmiş kimi hələ bir övladlarını da dalları ilə sürüyüb gətirirlər. Fəxri ad almaq,əməkdar,Xalq artisti olmaq istəyirlər. Qaldı ki,dəyəri 118 min Avro – dünyada 17 ədəd istehsalı olan nadir sırğa məsələsinə.
Həqiqətən belədirsə,o sırğanın istehsalçısı onun əl işinin kimdə olduğunu bilsə, yəqin ki, xiffətdən ürəyi partlayıb öləcək. Çünki bu tip insanlar özlərinə və sənətlətinə dəyər verirlər.
Bu adam verilişilərin birində qızı ilə üzbəüz oturub deyirdi ki, sən uşaq olanda qənd yox idi ki, sənə şirinçay verim. Qənd tapmayan adam birdən-birə necə var-dövlət sahibi ola bilər? Özü də nəyin hesabına. Onun işi,peşəsi hamıya bəllidir. Onun Faiq və Fərid Azayev qardaşlarına külli müqdarda borcu var. Əgər belə varidat sahibidirsə,gedib camaatın borcunu ödəsin.
Söhbət əsnasında akademik Nizami Cəfərov bir professordan soruşur ki, siz haralısınız? O da cavab verir ki, atam ermənistanlıdır,anam gürcüstanlı. Nizami Cəfərov da gülərək deyir ki, ay müəllim, daha sənin haran azərbaycanlı oldu ki? Bu qadın da deyir ki, atam gürcüstanlıdır, anam gədəbəylidir,özüm isə ermənistanlıyam..Keçmiş korpus komandiri Rasim Əkbərovun qılınıcının dalı-qabağı kəsən vaxtında “KAMAZ” şoferlərinin istirahət etdiyi yolboyu kafelərdə fəaliyyət göstərərkən bu qadın özünü adamlara goranboylu kimi təqdim edirdi.Digər yandan da düşünəndə Tanrıya şükürlər edirsən ki,nə yaxşı goranboylu deyil...
Hesab edirəm ki, ekranlardan ailələrə əxlaqsızlıq saçan adamlar verilişlərə dəvət edilməməlidir. Bir qayda olaraq belələri televiziyalar tərəfindən baykot olunmalıdır. Çünki belələrinin davranışları millətin əxlaqına pis təsir edə bilər.Onsuz da bu tip adamlar üçün kifayət qədər şərait var.Gedib fəaliyyətlərini kənarda davam etdirsələr,daha yaxşı olar. Kimdir ki, onlara mane olan... Belələrinin kifayət qədər himayədarları var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Uşaqlıq çiyindaşımın əbədiyyətə uzanan yolu
Bəzi insanlar həyatdan köçür, amma ömürdən köçmürlər. Bəzi adlar var ki, illər keçdikcə yaddaşın dərinliyinə çəkilsə də, orada daha möhkəm kök salır. Elə insanlar da var ki, uşaqlıq illərinin bir parçası olmaqdan çıxıb, insanın öz xatirəsinə, öz keçmişinə, öz ömrünün ayrılmaz səhifəsinə çevrilirlər.Mirdaməd Mirsadıq oğlu Sadıqov da mənim üçün belə insanlardan idi.O, bu dünyadan gedəli beş il keçir. Beş il... Təqvim üçün bəlkə də sadəcə bir rəqəmdir. Amma dost itkisini yaşayan insan üçün beş il bəzən beş gün qədər yaxın, bəzən də bütöv bir ömür qədər uzaq görünür. Çünki zaman bəzi ayrılıqları sağaltmır. Əksinə, insanın qəlbində həmin adamın yerini daha...
08 Sentyabr 2026, 11:07
Daşlara zikr edirəm - Aida Eyvazlı yazır
“Mən dünyanı addım-addım dolanmışam,Sabiriyyə, Yaqutiyyə çöllərində izim qalıb...Neçə-neçə daş kitabə yazılarda sözüm qalıb, səsim qalıb...”...Bu sətirlər mənim öz şerimdəndir. Və indi əbəs yerə xatırlamadım. Hələ çoxları kitab yaza bilməyəndə, kitab görməyəndə, sonralar isə kitabın guya “göydən endiyini “- deyəndə bizim babalarımız İltəriş Xaqan, sonra Bilgə Xaqan, Kül Təkin, Tonyukuk Xaqan daş kitabələrə tarix yazdırdılar, türkün və dünyanın yaranışının salnaməsini yazdırdılar. Özləri yox, saraylarında xəttat Yaqbu bəy var idi. Daşlara yazıları o yazırdı...Əgər biz bu gün öz elmimizi, axtarışlarımızı yalnız o yazılı kitabə daşlara yönəltsək, hər sətrin alt mənasından 7 qat taparıq. O yazılar insanlığın həyat konstitusiyası, dövləti yönətmənin qanun kitabıdır.Bəs o...
08 Sentyabr 2026, 11:04
Çiçəklər də ağladı - Əli Yusifin ŞEİRİ
Gəldim...əlimdə bir dəstə çiçək,səni gözlədimo köhnə yerdə...Sən yox idin.Çiçəklərə baxdım,boyunları bükülmüşdü,susmuşdular...sənin yoxluğunaağı deyirdilər.Bir ləçək düşdü əlimə,sanki göz yaşı idi...Çiçək də ağladı,mən də...Gözlərim yollarda qaldı,sən gəlmədin...taleyin yazılmayanbir səhifəsiymiş bu ayrılıq.Mən isəəlimdə çiçəklətək qaldım...sən gəlmədin,çiçəklər soldu,gözlərimdəsənin həsrətin qaldı.04.09.2026-cı il
05 Sentyabr 2026, 14:55
Bəlkə də, keçmiş həyatımda elə məhz Sizif olmuşam - İlahə Səfərzadənin köşəsi
Yenidən dünyaya gəlsəm, özümü hansı xüsusiyyətlərimdən tanıyardım? Bəlkə, keçmiş zamanlarda heç kimin fərqində olmadığı insanıydım? Bəlkə, sahildə tək gəzən hansısa qəmli adamın ahəstə hərəkətlə yerdən götürüb sonra əsəblə dənizə atdığı daşıydım? Ya da ola bilsin, uşaqların budaqlarına yelləncək qurub əyləndiyi ağac idim. Nə qəribədir, bir “mən”imiz olduğunu sanaraq özümüzü başqalarının bizi aldatdığından daha ustaca inandırırıq. Halbuki, təkcə film və roman xarakterlərinin gerçək bir kimliyi var. Çünki onlar yüz illər keçsə də eyni ruh və bədəndə qalacaqlar. Nə həyatdan getmirlər, nə də əziyyət çəkib yenidən gəlmirlər. Əbədi yaşam yerləri insanların şüurlarıdır. Təkcə onlar heç yerə tələsmir və sakitcə öz həyatlarını yaşayır. İnsanlarsa…“Mən...
04 Sentyabr 2026, 18:20
Tənhalığa yolçuluq - Süleyman Abdullanın şeiri
TƏNHALIĞA YOLÇULUĞUN ŞEİRİDəlilərə yol verməklə, axmaqları yola verməklə keçdi ömrümüz.Əl tutduğumuz əlimizi qopardı,əl verdiyimiz barmağımızı...Ələ saldılar mərhəmətimizdən yararlanıb,Oysa ki, avamlıq sayırlarmış biz səxavət bildiyimizi...Xainlərin işidir adam ələ vermək - dedik, -amma,ələ verdilər bizi bəhrələnib mərdliyimizdən....Dəli ol el dərdini çəksin... məsəli bizə aid deyil, dostum,biz ağlımız itənəcən ağıllı olmaq məcburiyyətindəyik...Ətraf hər cür adamla dolu,bunun gici var, bici var, kələkbazı var, fələkbazı var...Canisi, fanisi...Cəfakeşi,səfakeşi var...Şir kimi kükrəyən tülküsü,it kimi hürən çaqqalı var.Birinin aşağı tüpürməyə bığı, digərinin yuxarı tüpürməyə saqqalı var.Adam danlayan ahılı,nadanlığını çətin anlayan cahılı var...Üzünə salıb üzə duranı bir başqa dərd,düzü düzdə qoymaq üçün cürbəcür hiylə quranı bir başqa...Sözü ayda, gözü çayda olanlara bax,dillərindən əməllərinə sonsuzluqdur məsafələr.Dünyanın ən gözəl yeridir tənhalıq,qapılmaq öz içinə, çəkilmək...
04 Sentyabr 2026, 18:18
Əbdürrəhim bəy Haqverdiyevin bilinməyən diplomatik fəaliyyəti
Bir çox adam Əbdürrəhim bəy Haqverdiyevi yazıçı , dramaturq kimi tanıyır.Amma Əbdürrəhim bəy , Azərbaycan Cümhuriyyəti dövründə , Cümhuriyyətin Ararat Respublikasında diplomatik səfirimiz olub.Haqverdiyevin İrəvan quberniyası və Qars vilayətində türk müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırım faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına , xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında , qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli işlər görmüşdür.O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Əbdürrəhim bəy Haqverdiyecin imzası ilə arxivlərdə saxlanılır.Tarixçi alim, Nazim Mustafa....
04 Sentyabr 2026, 18:16