Azərbaycan vətəndaşlarının Rusiyada işgəncəyə məruz qalması və öldürülməsi ilə bağlı brifinq keçirilir
Cəmiyyət 02 İyul 2025, 10:29

374
Azərbaycan vətəndaşlarının Rusiyada işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluqda brifinq keçirilir.
CİTYPOST.AZ xəbər verir ki, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev, Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə, Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov baş verənlər barədə məlumat verir, medianın suallarını cavablandırır.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edib
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.CityPost.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etdi.Prezident İlham Əliyevin bəyanatı- Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım.Hörmətli qonaqlar, əziz dostlar.Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək...
02 İyul 2025, 21:59

Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib
May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.Bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.Onun sözlərinə görə, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.R.Məmməd həmçinin bildirib ki, ölüm halı qeydə alınmayıb.
02 İyul 2025, 10:16

Bəylər Eyyubovun vəzifədən getməsi… – Sabiq nazir hər şeyi açdı
Son günlərdə ölkə gündəmində önəmli kadr dəyişiklikləri baş verib. İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general–polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək, Prezident Katibliyinin rəisi təyin olunması geniş rezonans doğurub.Bu dəyişiklik müxtəlif müzakirələrə səbəb olub və ölkə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.CityPost.az xəbər verir ki, globalinfo.az məsələ ilə bağlı B.Eyyubova yaxın olan sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlayıb.O, Bəylər Eyyubovun yeni vəzifəsinin öhdəsindən gələcəyinə şübhə etmədiyini qeyd edib.Sabiq nazir Bəylər Eyyubovla yaxın olduğunu bildirib:“Bəylər Eyyubovu çoxdan tanıyıram. Etiraf edim ki, tək özünü yox, qohumlarını, qardaşlarını, övladlarını da yaxından tanıyıram. Uzun illər Ulu öndər Heydər Əliyevə xidmət etmiş, ona...
02 İyul 2025, 09:59

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:ağır cinayətlər məhkəmələri üzrə:Bakı Ağır Cinayətlər MəhkəməsiƏsgərova-Məmmədova Leyla Səyavuş qızıMəmmədzadə Səbinə Adil qızıLənkəran Ağır Cinayətlər MəhkəməsiHüseynov Nahid Nəsir oğluSumqayıt Ağır Cinayətlər MəhkəməsiRzayeva Aynur Tapdıq qızıinzibati məhkəmələr üzrə:Bakı İnzibati MəhkəməsiAlmazova Aysev Mehman qızıMəlikov Tural Rauf oğluŞəki İnzibati MəhkəməsiHacızadə Fəxri Hümmət oğluŞirvan İnzibati MəhkəməsiHüseynova Amilya Aqil qızıNəcəfov Hilal Nəcəfalı oğlukommersiya məhkəmələri üzrə:Bakı Kommersiya MəhkəməsiƏhmədova Nərmin Məzahir qızıGəncə Kommersiya MəhkəməsiQuliyeva Gülnaz Elxan qızıSumqayıt Kommersiya MəhkəməsiAlıyeva Həlimə Rəşid qızıBakı şəhərinin rayon məhkəmələri üzrə:Bakı şəhəri Binəqədi Rayon MəhkəməsiSadıqova Aynurə Vahid...
01 İyul 2025, 16:28

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var
Dünən “Sputnik Azərbaycan”da keçirilən əməliyyat və FTX-nin iki agentinin həbsi rəsmi Bakının Kremlə “Rus evi”nin bağlanmasından sonra ikinci mesajıdır. Belə ki, Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ofisində keçirdiyi əməliyyatla bağlı rəsmi açıqlamasında bildirilir: “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var...”CityPost.az Bakupost.az-a istinadla xəbər verir ki, fevralda fəaliyyəti dayandırılan və yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçməsinə şərait yaradılan “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə ilə fəaliyyət göstərməsi haqda tam 4 aydan...
01 İyul 2025, 14:23

İran Prezidenti Xankəndiyə səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək."Report"un əldə etdiyi məlumata görə, onun bu il iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.
01 İyul 2025, 11:21