Çinli həkimlər 5000 kilometr uzaqlıqdan əməliyyat ediblər
Tibb 02 İyul 2025, 15:54

249
Çinli cərrahlar peyk texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqdan robot əməliyyatlar ediblər.
CityPost.az xəbər verir ki, Çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi qrup, Lhasada 5000 kilometr uzaqlıqdan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə Pekində iki xəstə üzərində əməliyyat keçirib.
Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda 'Apstar-6D' peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirilib.
Professor Rong Liunun rəhbərlik etdiyi həkimlər qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə ediblər.
Bildirilib ki, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz təmin edilib və əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilə bilir.
Açıqlamada əməliyyatdan sonra ciddi fəsadların olmadığı və xəstələrin 24 saat ərzində evə buraxıldığı da qeyd olunub.
Həmçinin oxuyun
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ağ çörək bağırsaq xərçəngi riskinin artırır - TƏDQİQAT
Yeni genişmiqyaslı araşdırma göstərdi ki, müntəzəm olaraq ağ çörək yemək xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olan bağırsaq xərçəngin inkişaf riskini artıra bilər.
23 İyun 2025, 16:30

Hər gün oruc tutmaq klassik pəhrizlərdən daha effektivdir
Fasiləli oruc, ənənəvi pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir. Alternativ gün orucu arıqlamaq üçün xüsusilə yaxşıdır.
21 İyun 2025, 18:44

Gəncədə iki nəfər qidadan zəhərlənib
Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub. Faktla bağlı araşdırma aparılır.
21 İyun 2025, 00:20

Bu əlamətlər Parkinson xəstəliyindən xəbər verir
"Zhejiang" Universitetinin alimləri qulaq kiri qoxusunun təhlili əsasında Parkinson xəstəliyinin (PD) erkən skrininq sistemini hazırlayıblar.
20 İyun 2025, 16:16

Qaraciyəri piylənmədən qoruyan içki
Qəhvə ölçülü şəkildə istehlak edilərsə, qaraciyəri piylənmədən qorumaqda rol oynaya bilər. Məlumdur ki, qaraciyər həyati funksiyaları yerinə yetirir: qanı süzmək, qida maddələrini emal etmək, toksinləri çıxarmaq və maddələr mübadiləsini tənzimləmək üçün məsuliyyət daşıyır. Onun sağlamlığı siroz, hepatit və alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) kimi xroniki xəstəliklərin qarşısını almaq üçün çox vacibdir.
19 İyun 2025, 17:00

Tibbi zəlidə yeni antibiotik kəşf edildi
Koreyada tədqiqatçılar Hirudo nipponia adlı dərman zəlisinin tüpürcək vəzilərində unikal antimikrob peptid aşkar ediblər,.
18 İyun 2025, 19:00