Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib
Cəmiyyət 08 İyul 2025, 14:53

219
Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib.
CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Həmçinin oxuyun
Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri (o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinə yetirməlidirlər. Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.
Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında uçuşların yerinə yetirilməsini tənzimləyir. Dövlət eksperimental və dövlət aviasiyasının uçuşları Müdafiə Nazirliyinin müəyyən etdiyi əlavə qaydalarla da tənzimlənir. Azərbaycan Respublikasına mənsub hava gəmisinin xarici dövlətin ərazisi üzərində uçuşları həmin dövlətin müvafiq qaydaları ilə, hər hansı dövlətin qanuni nəzarətindən kənar ərazi üzərindən uçuşları isə beynəlxalq qaydalara əsasən tənzimlənir. Hava gəmisi uçuşda və ya aerodromun hərəkət sahəsində olduqda ümumi qaydalara və əlavə olaraq uçuş zamanı vizual uçuş qaydalarına və ya cihaz üzrə uçuş qaydalarına uyğun idarə edilməlidir. Komanda verən pilot vizual meteoroloji şəraitdə cihaz üzrə uçuş qaydalarına riayət etməklə, uçuşu seçə bilər və ya müvafiq ATS orqanı bunun yerinə yetirilməsini ondan tələb edə bilər.
Komanda verən pilot uçuş zamanı hava gəmisinin bu Qaydalara uyğun idarə edilməsi üçün məsuliyyət daşıyır və müstəsna hallarda təhlükəsizlik baxımından tamamilə zəruri olan şəraitdə bu Qaydalardan kənara çıxa bilər. Komanda verən pilot vəzifə borclarını malik olduğu səlahiyyətə uyğun olaraq yerinə yetirir. Uçuşa başlamazdan əvvəl komanda verən pilot nəzərdə tutulan uçuşa dair bütün mövcud məlumatlarla tanış olmalıdır. Uçuşqabağı hazırlıq aerodrom rayonundan kənarda və bütün IFR uçuşlar üçün mövcud hava haqqında məlumatların və proqnozların diqqətlə öyrənilməsini, uçuşu planlaşdırıldığı kimi yerinə yetirmək mümkün olmadıqda, yanacaq ehtiyatına olan tələbləri nəzərə alaraq alternativ planın təyin edilməsini əhatə etməlidir. Uçuşların təhlükəsizliyi ilə bağlı fəaliyyəti həyata keçirən şəxslərə alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrinin təsiri altında olan zaman öz vəzifə borcunu yerinə yetirməyə yol verilmir.
Hava gəmisi digər şəxslərin həyatına və ya əmlakına təhlükə törədə biləcək etinasız və ya ehtiyatsız tərzdə idarə edilməməlidir. İcazə verilən hallar və ya uçub-qalxma, yerə enmə istisna olmaqla, hava gəmisinin şəhər, qəsəbə və ya insanların sıx toplaşdığı açıq ərazilər üzərində qəza şəraiti yaranan zaman yerdəki şəxslərə və ya əmlaka təhlükə törətmədən yerə enməsini təmin edən hündürlükdən aşağı uçuşlarına yol verilmir.
Uçuşun və ya uçuşun bir hissəsinin yerinə yetiriləcəyi kreyser hündürlükləri aşağıdakı kimi olmalıdır:
- istifadə oluna bilən ən aşağı uçuş səviyyəsində və ya həmin səviyyədən yuxarıda və ya uyğun olduqda keçid hündürlüyündən yuxarıda uçuşlar üçün uçuş eşelonları;
- istifadə oluna bilən ən aşağı uçuş səviyyəsindən aşağıda və ya mümkün olduqda, keçid səviyyəsi və ya həmin səviyyədən aşağı olan hündürlükdə yerinə yetirilən uçuşlar üçün mütləq hündürlüklər.
- Dövlət, eksperimental və mülki aviasiyaya münasibətdə aşağıdakılar nəzərə alınmalıdır:
- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – RİNN) tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (Agentlik) tərəfindən qoyulan şərtlər və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, uçuş zamanı hava gəmisindən aşağı heç nə atılmamalı və ya səpilməməlidir;
- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan tələblərə uyğun hallar və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, heç bir hava gəmisi və ya digər obyekt hava gəmisi tərəfindən yedəyə alınmamalıdır;
- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan şərtlərə əsasən və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, qəza enmələrindən başqa paraşütlə enmələr həyata keçirilməməlidir;
- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan şərtlər və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, heç bir hava gəmisi yüksək pilotaj fiqurlu uçuşlar yerinə yetirməməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İlham Əliyev Donald Trampa başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.CityPost.az-ın un məlumatına görə, mətndə deyilir:"Hörmətli cənab Prezident,Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".Qeyd edək ki, ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 104 nəfər ölüb....
08 İyul 2025, 17:25

Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib
Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla aşağıdakı əməkdaşlara diplomatik rütbələr verilib:birinci dərəcəli fövqəladə və səlahiyyətli elçiMəmmədov İlham Nəriman oğlu (Azərbaycanın Əfqanıstandakı səfiri)Mərdəliyev Seymur Qurban oğlu (Azərbaycanın Ukraynadakı səfiri)ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçiMəmmədov Raman Ağamalı oğluSəfərova Nərgiz Abbasqulu qızıXatırladaq ki, iyulun 9-u Azərbaycan diplomatlarının peşə bayramıdır. Bu il diplomatik xidmətin yaradılmasından 106 il ötür...
08 İyul 2025, 17:22

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak edən Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.CityPost.az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən məlumat yayıb.Qeyd olunub ki, A. Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.Xatırladaq ki, iyunun 15-də Astara sərhəd buraxılış məntəqəsindən 238 rusiyalı buraxılıb. Onların arasında diplomatlar və mədəniyyət xadimlərinin ailələri də olub....
08 İyul 2025, 13:25

DTX Azərbaycanda mənzillərin videokamera görüntülərini ələ keçirərək yayan şəbəkəni ifşa edib
Azərbaycan ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.Bu barədə CityPost.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.Bildirilib ki, aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib.Görülmüş təxirəsalınmaz...
08 İyul 2025, 12:48

Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq.CityPost.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” yeni qanun layihəsi və “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.Nazir müavini qeyd edib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına olacaq: “Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif...
08 İyul 2025, 12:28

Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni təyin edilən rəis və rəis müavini kollektivə təqdim edilib. Citypost.az xəbər verir ki, SİMDNX-nın inzibati binasında baş tutan tədbirdə Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini olaraq təyin olunub. Tədbirdə çıxış edən SİMDNX-nın rəis müavini Tural Abbasov Şərqi Zəngəzur Regional Bölməsinin yaradılmasının strateji əhəmiyyətindən danışaraq, qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, uzun illər işğal altında...
08 İyul 2025, 11:12