Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Donald Trampa başsağlığı verib 

Cəmiyyət 08 İyul 2025, 17:25

167

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.

CityPost.az-ın un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Qeyd edək ki, ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 104 nəfər ölüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu gün Azərbaycanda Diplomatiya Günüdür 

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır.CityPost.az  xəbər verir ki, diplomatik xidmətin yaradılmasından 106 il ötür.Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi -...

09 İyul 2025, 00:03

Macarıstan Rusiya neftini əvəz etməyi düşünür

Macarıstanın ən böyük neft şirkəti MOL, ölkəni Avropa İttifaqının təzyiqi altına salan boru kəməri ilə Rusiya neftinin tədarükünə alternativ variantları nəzərdən keçirir. Tankerlərlə Ukrayna limanına çatdırılan xam neftin qəbulu üçün Odessadan neft kəmərinin bərpası ən yaxşı variant kimi görünür.Bloomberg xəbər verir ki, bu barədə MOL-un təchizat zəncirinin idarə olunması üzrə baş vitse-prezidenti Szabolcs Pal Szabo məlumat verib.Top menecer izah etdi ki, neft Ukrayna-Polşa sərhədinə yaxın olan Brodıya gedə bilər və orada Ukrayna neft kəməri Drujba neft kəmərinin cənub qoluna birləşir.Orada mövcud infrastrukturdan istifadə etmək mümkün olacaq. "Odessa kəməri dənizə çıxış sayəsində bütün növ alternativ neftə çıxış demək olacaq. Bu, regional,...

08 İyul 2025, 23:44

Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib 

Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla aşağıdakı əməkdaşlara diplomatik rütbələr verilib:birinci dərəcəli fövqəladə və səlahiyyətli elçiMəmmədov İlham Nəriman oğlu (Azərbaycanın Əfqanıstandakı səfiri)Mərdəliyev Seymur Qurban oğlu (Azərbaycanın Ukraynadakı səfiri)ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçiMəmmədov Raman Ağamalı oğluSəfərova Nərgiz Abbasqulu qızıXatırladaq ki, iyulun 9-u Azərbaycan diplomatlarının peşə bayramıdır. Bu il diplomatik xidmətin yaradılmasından 106 il ötür...

08 İyul 2025, 17:22

Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib 

Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib.CityPost.az-ın   xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri (o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinə yetirməlidirlər. Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında uçuşların yerinə yetirilməsini tənzimləyir. Dövlət eksperimental və dövlət aviasiyasının uçuşları Müdafiə Nazirliyinin müəyyən etdiyi əlavə qaydalarla da tənzimlənir. Azərbaycan Respublikasına mənsub hava gəmisinin xarici dövlətin ərazisi üzərində uçuşları həmin dövlətin müvafiq qaydaları ilə,...

08 İyul 2025, 14:53

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi 

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak edən Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.CityPost.az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən məlumat yayıb.Qeyd olunub ki, A. Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.Xatırladaq ki, iyunun 15-də Astara sərhəd buraxılış məntəqəsindən 238 rusiyalı buraxılıb. Onların arasında diplomatlar və mədəniyyət xadimlərinin ailələri də olub....

08 İyul 2025, 13:25

DTX Azərbaycanda mənzillərin videokamera görüntülərini ələ keçirərək yayan şəbəkəni ifşa edib 

Azərbaycan ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.Bu barədə CityPost.az-a  Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.Bildirilib ki, aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib.Görülmüş təxirəsalınmaz...

08 İyul 2025, 12:48