Bizə yazın

Baku

-°C

USD

-

Kəmaləddin Heydərov Aygün Kazımovanı seçibmiş  -  Maraqlı FAKT 

Cəmiyyət 15 İyul 2025, 17:03

301

Kəmaləddin Heydərov yazdı,Aygün Kazımova oxudu   –   Baba Vəziroğlu  həmin tarixçədən DANIŞDI 

Son günlər sosial şəbəkələrdə "Səndən nigaranam" mahnısının trend olması müşahidə olunur.Tiktok platformasında bir çox istifadəçilər  xalq artisti Aygün Kazımovanın ifasında olan bu mahnının sədaları altında paylaşımlar edirlər.

CityPost.az   xəbər  verir    ki,Oxu24.com  sosial  şəbəkələrdə  yenidən  viral  olan    "Səndən nigaranam"  mahnısının tarixçəsi barədə araşdırma edib.

Məlumat üçün qeyd edək ki, mahnının  musiqisi  fövqəladə hallar naziri Kəmaləddin Heydərova  məxsusdur. O,bəstələrini  "Kamal" təxəllüsü ilə dinləyicilərə təqdim edir.

Bəs,Kəmaləddin Heydərov  bu mahnını necə ərsəyə gətirib?

Bu suallara cavab tapmaq məqsədi ilə Oxu24.com saytının əməkdaşı mahnının sözlərinin müəllifi  olan   nəğməkar şair  Baba Vəziroğlu ilə müsahibə alıb.

Sözügedən müsahibəni təqdim edirik:

-Baba müəllim,istərdim ki, dünyaya səs salan ortaq işinizin tarixçəsindən danışaq."Səndən nigaranam" necə yarandı?

- Bizim Kamal müəllimlə bildiyiniz kimi sıx əməkdaşlığımız var.Qayda belədir ki,Kamal müəllim melodiyanı yazır.Həmin melodiyanın üzərində mən sözləri yazıram.Bu, mahnı da belə oldu.Bir gün Kamal müəllim mənə melodiyanı təqdim etdi.Elə ilk andan melodiya məni tutdu.Mahnı 2000-ci  illərin əvvəlində  yarandı.Demək olar ki,təqdim olunduğu gündən  dinləyicilər tərəfindən  sevgi  ilə  qarşılandı. Daha sonra mahnının   məşhurluğu  sərhədləri  də  aşdı.

- Mahnının ilk ifaçısı xalq artisti Aygün Kazımova olub.Niyə məhz A.Kazımova.Bu kimin istəyi oldu?

- Bəli,mahnını ilk olaraq Aygün xanım ifa edib.İlk dəfə mahnı "Muğam"mərkəzində   mənim  yaradıcılıq  gecəmdə   Aygün  Kazımovanın   ifasında  təqdim  olundu.Daha sonra Aygün Kazımova onu öz albomuna   əlavə etdi. Mahnı çox populyarlıq qazandı.Qaldı ki,mahnının niyə məhz Aygün xanıma verilməsi sualına... Bu işlərə Kamal müəllim özü baxır. Həmişə də uğurlu seçimlər edib. Kamal müəllim özü istəmişdi ki,mahnını Aygün xanım ifa etsin...

- Dediniz ki,seçimləri Kamal müəllim özü edir. Bəs,bu mahnılara görə qonarrar ödənilirmi?Bu işlər necə həll olunur?

- Kamal müəllim bütün mahnıları   müğənnilərə ödənişsiz təqdim edir. O,yaradıcı insandır.Bəstələr də içdən gələn əsərlərdir.Bu mahnıya görə də,Aygün xanımdan ödəniş alınmayıb.Mən  də   indiyə kimi   müğənnilərdən mahnıya görə ödəniş almamışam.Əvvəllər bu qayda fərqli idi. Ödənişi bəstəkara,şairə dövlət özü edirdi.İndi yanaşma tam fərqlidir.

-Mahnı dünyaya çıxdı.Bunu kimin adına yazmaq olar?

-Bir gün bizə məktub gəldi ki, Özbəkistanın və Azərbaycanın xalq artisti Nəsibə Abdullayeva Aygün Kazımovanın diskindən mahnını dinləyib.Çox bəyəndiyi üçün özü də "Nigaranam"ı ifa edib. Bizə həmin ifanı göndərdilər.Həm Kamal müəllim, həm də mən çox bəyəndik bu ifanı.Nəsibə xanım mahnını tam olaraq başqa formada,öz stilində oxumuşdu. Bu ifadan sonra  mahnı dünyada məşhurlaşdı.Müxtəlif dillərdə,müxtəlif musiqi alətlərində  yayıldı.

-Nəsibə xanımla  bu  ifadan   sonra   görüşünüz oldumu?

-Bəli,Azərbaycana gəlmişdi.Görüşümüz oldu,onu rayonlarımızdan birinə qonaq dəvət etdik.Çox səmimi görüş  oldu.

- Etiraf edim ki, sözügedən mahnı,hətta mən onu əsər də adlandırardım...Mənim ən çox dinlədiyim mahnılardan biridir.Kimin ifasında desəniz,mən bu mahnını sevərəm.Bəs,sizin yanaşmanız necədir? "Səndən Nigaranam"-ı kim daha yaxşı oxuyub?

-Bu suala tam səmimi olaraq cavab verirəm ki,hamısı... Çünki,hərənin öz boğazı,öz səsi,öz yanaşması var.Mən həqiqətən də onları seçə bilmərəm.Hamısı yaxşı ifa edib.

-Kamal  müəllimlə   əməkdaşlığınız hər zaman belə uğurlu alınır?

-Kamal müəllimlə uğurlu iş birliyimiz çoxdur.Mahnıları da demək olar ki,bütün Azərbaycan bilir.Bu əməkdaşlıqda  cənab Prezidentin qızı Leyla xanımın da rolu var.Kamal müəllimin Leyla Əliyevanın babası,ümumilli lider Heydər Əliyevə həsr etdiyi şeirə yazdığı musiqi böyük sevgi qazandı.Söhbət xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi "Dön geri" mahnısından gedir. Bu şeiri Leyla xanım rus dilində yazmışdı.Mənə təqdim olundu ki,tərcümə edim və Kamal müəllimin bəstəsinə uyğun sözləri təqdim edim.Birlikdə işlədik.Dinləyicilərdən aldığımız mesajlara görə,mahnı çox uğurlu olub. İndiki dillə desək,trend olub.Leyla xanım özü də eşidəndə çox təsirlənmişdi...

-Baba müəllim,sonda yenə qayıdaq "Nigaranam"a. Baba Vəziroğlu kimdən nigarandır ki,bu qədər təsirli sözləri yaza bilib?

Baxın,bizim millət,bizim Xalq həssasdır.Biz bir-birimizə çox bağlıyıq.Nigarançılıq təkcə doğmaların bir-birinə olan yaşadıqları anlar deyil.Mən,misal üçün kəndimizdən,hətta orada yerləşən  yaxınlarımın məzarlarından və s. nigaran ola bilərəm.Bu hissi  ürəkdən yaşadığım üçün,sizin təbirinizcə desək,belə bir uğurlu sözlər alınıb... Qeyd edim ki, bu gün şefin (Red- Baba Vəziroğlu iş prosesində Kamal müəllimi belə adlandırır) doğum günüdür. Mən fürsətdən istifadə edib,Kamal müəllimi təbrik edirəm.Ona cansağlığı arzu edirəm.Dinləyicilər bizdən yeni mahnılar gözləsinlər.İşlərimiz çoxdur.

-Baba müəllim,müsahibəyə görə Sizə təşəkkür edirəm.

-Buyurun,hər zaman belə mövzularda danışmaq mənə də xoşdur.

Müsahibəni apardı : Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

15 İyul 2025, 17:15

Prezident SƏRƏNCAM imzaladı 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Sərəncam imzalayıb.CityPost.az   xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılıb.Sərəncamla Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılıb.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn...

15 İyul 2025, 17:11

Kamran Əliyev üç rayona və bir şəhərə prokuror təyin edib

Qax və Xaçmaz rayonlarına prokurorlar təyin edilib.Bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.Əmrə əsasən, Rəşad Bəşirov ikinci səlahiyyət müddətinə Qaxın prokuroru vəzifəsinə təyin edilib.Bundan başqa baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təsdiq edilib.13:03Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub....

15 İyul 2025, 14:53

İlham Əliyevdən PKK-nın silahı yerə qoymasına - İlk reaksiya 

“Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız”.CityPost.az   xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.“Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu”, - dövlət başçısı vurğulayıb.Qeyd edək ki, iyulun 11-i “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib. Yaxın günlərdə PKK terrorçularının Süleymaniyyədə tərksilah olunmasının ikinci mərhələsi başlayacaq....

15 İyul 2025, 12:25

İlham Əliyev Ərdoğana başsağlığı verib 

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.CityPost.az-ın məlumatına görə, məktubda deyilir:"Əziz Qardaşım,Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” güclü...

15 İyul 2025, 12:19

Azərbaycanda zəlzələ oldu 

Samux rayonu ərazisində zəlzələ baş verib.CityPost.az  xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Gəncə stansiyasından 21 km şimalda Samux rayonunda zəlzələ qeydə alınıb.Zəlzələ hiss olunmayıb.

15 İyul 2025, 10:07