Bizə yazın

Baku

-°C

USD

-

32 nəfəri ölümə məhkum edən hakim öldü   

Cəmiyyət 04 Avqust 2025, 14:47

755

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər  Seyidovun  ölməsinə dair sosial şəbəkələrdə müxtəlif səpkili geniş yazılar yer almaqdadır.

Sabiq hakim uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

CityPost.az  Ənvər Seyidov haqda maraqlı məlumatlar əldə edib.

Ənvər Seyidov 1949-cu il martın 29-da Oğuz rayonunda anadan olub.Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Azərbaycan Ədliyyə Nazirliyi sistemində işə başlamaqla respublika  VVAQ Arxivinin müdiri, Notariat və VVAQ İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. Hərbi polkovnikdir

1994–99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasının üzvü, təftiş qrupunun rəhbəri olmuşdur. O, fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərini araşdırması ilə tanınıb. Onun sədrliyi ilə keçmiş müdafiə naziri Rəhim Qazıyev barəsində əvvəlcə qiyabi ölüm hökmü çıxarılıb. Sonradan hökm dəyişdirilərək Qazıyev ömürlük azadlıqdan məhrum edilib. Həmin hadisədən sonra onlar arasında münasibətlər kəskinləşib, Rəhim Qazıyev Ənvər Seyidovu açıq debatlara çağırıb.Azərbaycan Milli Hərəkatının öncüllərindən olan,tanınmış şair Xəlil Rza Ulutürkün uzunmüddətli həbsinə dair hökm çıxarsa da, sonradan onun çıxardığı hökm Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi protest əsasında dəyişdirilmiş və ona bəraət verilmişdir. 

Ənvər Seyidovun baxdığı işlər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilən Səid Rüstəmbəylinin, eləcə də bir neçə NİDA fəalının cinayət işləri də yer alır.

Elə həmin ərəfələrdə Ənvər Seyidov bir neçə MTN-çinin mükafatlandırılması üçün keçmiş nazir Eldar Mahmudova məktub yazmışdı. Həmin məktub da geniş müzakirə mövzusuna çevrilmişdi. Məşhur sabiq hakim sonuncu dəfə təqaüdə çıxdıqdan sonra pensiyasının düzgün hesablanmaması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi.

Adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə,Ənvər Seyidov 32 nəfər barədə ölüm hökmü çıxarması ilə fəxr edirmiş.Onun bədii “yaradıcılıqla” məşğul olduğu da deyilir.Ənvər Seyidov hansısa  yollarla Azərbaycan Yazıçılar Birliyinin yüksək qatlarına yol tapmış və AYB-nin üzvü olmuş,hətta bir sıra ədəbi mükafatlara “layiq görülmüşdür.”

Digər bir mənbədən aldığımız məlumata görə,Ənvər  Seyidovun müəllifliyi ilə dərc olunan kitablar başqa şəxslər tərəfindən maddi maraq qarşılığında ərsəyə gəlib.Həmin kitabların əsl müəlliflərinin kimliyi də çoxlarına bəllidir.Həmin şəxslərin yazdığı əsərlər Hüseybala Mirələmov  və Tağı Əhmədovun müəllifliyi ilə də nəşr edilib.

Ənvər Seyidovun iki övladı var. Onlardan biri – Fərrux Seyidov Konsitutsiya Məhkəməsi sədrinin müşaviri,digəri isə Bakı Dövlət Universitetində çalışır.

Ənvər Seyidovun Nərimanov metrosu ətrafında bir neçə ticarət obyekti var və onlar hazırda icarəyə verilib.

Ənvər Seyidov keçmiş daxili işlər naziri İsgəndər Həmidovla dolayısı yolla bacanaq olub.Onun Ağdaşın keçmiş icra başçısı Tofiq İbrahimovla da  yaxın qohumluq əlaqəsi  mövcuddur.

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Yamaykanın Baş nazirini təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb.CityPost.az-ın məlumatına görə, mətndə deyilir:"Hörmətli cənab Baş nazir,Yamaykanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram"....

06 Avqust 2025, 12:08

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb - RƏSMİ 

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.Faktla bağlı araşdırma aparılır.

06 Avqust 2025, 11:08

Vüsal Aslanov onu rəis təyin etdi 

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutuna yeni rəhbər təyin edilib.CityPost.az  Manset.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq Əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub.Bildirilib ki, 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur, daha əvvəl neft sektorunda müxtəlif vəzifələrdə çalışıb.

06 Avqust 2025, 10:55

Bakıda 40 dərəcə isti olub 

Azərbaycanda avqustun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.Bu barədə CityPost.az-aMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb.

06 Avqust 2025, 10:32

Ötən ay 20 nəfəri ilan sancıb 

İyul ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə (KTM) ilan sancması səbəbilə 20 nəfər qəbul edilib.Bu barədə  KTM-dən bildirilib.

06 Avqust 2025, 10:30

İmişlidə avtoqəzada xəsarət alan altı nəfərin vəziyyəti açıqlanıb 

İmişlidə baş verən avtomobil qəzasında xəsarət alanların durumu məlum olub.TƏBİB-dən  cavab olaraq bildirilib ki, avqustun 5-də saat 11:10 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə altı kişi İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.1977, 2012 və dörd nəfər 2013-cü il təvəllüdlü şəxsə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir....

05 Avqust 2025, 17:05