Bizə yazın

Baku

-°C

USD

-

Sevinc Həmidovanın şikayəti qeyri-mümkün sayıldı   

Hadisə 05 Avqust 2025, 14:45

490

Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun  şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət  işinin   başlanması və  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə  Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

16 iyul 2025-ci il tarixdə   Ağcabədi Rayon Məhkəməsində  hakim Etibar  Quliyevin  sədrliyi ilə  saat 11:30-da  Ağcabədi Rayon Məhkəməsində  zal №1-də təqsirləndirilən şəxs  Həmidova  Sevinc Baxşeyş qızı ilə bağlı 1(017)-78/2025  saylı  cinayət işi üzrə  zərərçəkmiş şəxs  qismində məhkəmənin ikinci iclası  baş tutub. Lakin,Rasim Həmidov səhhətində olan problemlərlə və keçirdiyi psixoloji gərginliklə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə qanunvericiliyin tələblərinə uyğun hökm çıxarılmasına dair hakim Etibar Quliyevə telegram yollayıb.

Növbəti məhkəmə prosesi sentyabrın 3-nə təyin olunub.

Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni  icra etməməkdən ötrü  süni əngəl  törətməklə  müxtəlif cür bəhanələr gətirib.

Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları    ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.

Lakin, məhkəmədən bir gün öncə Rasim Həmidov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  15 iyul 2025-ci il tarixdə,səhər saatlarında saxlanılmışdır.Rasim Həmidov 21 iyul axşam saatlarında  Xızı Rayon Polis Şöbəsindən buraxılıb.

Rasim Həmidovun atası Həmid Həmidovun iddiasına görə,oğlunun heç bir günahı yoxdur. O, keçmiş arvadı Sevinc Həmidovanın qohumlarının sifarişi əsasında saxlanılaraq  Xızı Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb.

Ata Həmid Həmidov bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ombudsman Aparatına,Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ünvanlayıb.Rasim Həmidovun baş verənlərlə bağlı 6 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri  Fuad Ələsgərovla görüşəcəyi gözlənilir.

Məsələni dəqiqləşdirmək üçün CityPost.az Rasim Həmidovun özü ilə əlaqə saxlayıb.O,deyib:”Xızı Rayon Polis Şöbəsində polis polkovnik-leytenantı Məhəmməd Qarayevn iştirakı ilə mənə insana yaraşmayan isgəncələr verdilər.Sağ qolum zərbələrin təsirindən sınıb.Orada məndən keçmiş arvadım Sevinc Həmidovaya qarşı açdığım aliment iddiasını geri götürməyimi tələb edirdilər.Zor gücünə guya döyülmədiyimə və işgəncə almadığıma dair izahat aldılar.Məni xəbərdar etdilər ki,baş verənlər barədə şikayətçi olsam,yenidən tutacaqlar.Mən cənab Prezident İlham Əliyevə,Daxili işlər naziri Vilayət Eyvazova,Ombudsman Səbinə Əliyevaya,Baş prokuror Kamran Əliyevə müraciət etmişəm ki,Xızı Rayon Polis Şöbəsində barəmdə başlanmış heç bir əsası olmayan qondarma cinayət işinin istintaqı mükəmməl və ədalətli araşdırılması üçün yaşadığım Sumqayıt şəhəri və ya istənilən neytral digər rayon polis idarəsinə həvalə edilsin.”

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov CityPost.az saytına açıqlamasında  həmin şəxsin saxlanılmasını təsdiqləyib. Lakin,işgəncə iddialarını təkzib edərək, hələlik Rasim Həmidov ətrafında müvafiq araşdırmalar aparıldığını bildirmişdi.

Xatırladaq ki,Sevinc Həmidovanın keçmiş əri cavabdeh Rasim Həmidova qarşı qızıl-zinyət,cehiz əşyalarının,iri və xırda buynuzlu mal-qaranın və ya onların dəyərinin qaytarılması,birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş pul vəsaitinin tərəflər arasında bölüşdürülməsi və pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsi (hakim Cavad İbrahimov) 29 may 2025-ci il tarixdə  2(047)293/2025 saylı qətnamə çıxarmışdır.

Məhkəmə qətnaməsinə görə,R.Həmidov S.Həmidovaya onun iddia etdiyi  kimi  79 min manat deyil,5 min manat pul və ya qətnamədə göstərilən əşyaları natura şəklində qaytarmalıdır.Qətnamədən narazı qalan hər iki tərəf Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriblər.

Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli n 2 (047)293/2025 saylı qətnaməsindən S.Həmidovanın nümayəndəsi (qardaşı) Rəhim Baxşeyiş oğlu Həmidov tərəfindən verilən appelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qərardad çıxarıb.

Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Laçın Rayon Məhkəməsinə qaytarılıb.

Müşərrəf

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ Rusiyanın Su-57 təyyarəsi ilə bağlı suallar qaldırıb

Amerikanın The National Interest (TNI) jurnalının köşə yazarı Peter Suciu yazır ki, Rusiyanın beşinci nəsil Su-57 qırıcısının hipersəs silahları ilə təchiz edilməsi suallar doğurur.CityPost.az   xəbər  verir   ki, "Su-57-nin hipersəs raketləri ilə təchiz edilməsi təyyarə üçün əhəmiyyətli təkmilləşmə olardı. Bununla belə, Su-57-nin nə qədər hipersəs raketi daşıya biləcəyi də daxil olmaqla, bir sıra suallar qalır", - nəşr yazır.Baş Qərargah rəisi - Rusiya Aerokosmik Qüvvələrinin (VKS) baş komandanının birinci müavini general-leytenant Aleksandr Maksimtsevin Su-57-nin hipersəs silahları əldə etməsi ilə bağlı bu yaxınlarda verdiyi bəyanatı şərh edən müəllifin qırıcının hansı raket növü - K27M və ya modifikasiya edilmiş Z47M-i alması ilə bağlı sualı...

06 Avqust 2025, 17:05

Moskva metrosunda qan düşdü 

Moskva metrosunda insident baş verib.CityPost.az  xəbər  verir   ki,metronun iş  saatı  bitdikdən  sonra  əraziyə  daxil  olmaq istəyən  şəxslə  metro  işçisi  arasında  mübahisə  yaranıb.39 yaşlı  şəxs  metro  əməkdaşını  bıçaqlayıb.Şübhəli şəxs saxlanılıb.Nigar

06 Avqust 2025, 12:56

Qaradağda 34 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb 

Qaradağda narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, keçirilən əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

06 Avqust 2025, 10:51

Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO 

Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.Bu barədə  DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır....

05 Avqust 2025, 11:46

İranda 5,4 maqnitudalı zəlzələ olub 

İranın Sistan və Bəlucistan əyalətinin yaxınlığında, Kerman əyalətinin Zaxkaluta rayonunda 5,4 maqnitudalı zəlzələ olub.CityPost.az  İSNA-ya istinadən xəbər verir ki, məlumatı Tehran Universiteti Geofizika İnstitutu Milli Seysmoloji Mərkəzi yayıb.Bildirilib ki, zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.Vurğulanıb ki, yeraltı təkanların mərkəzi Zaxkalutdan (Kerman) 47 km, Həzrət Əbülfəzl məscidindən (Sistan və Bəlucistan) 64 km və Qolmurtidən (Sistan və Bəlucistan) 70 km məsafədə yerləşib.

05 Avqust 2025, 10:28

Oğuzda 34 yaşlı şəxs bıçaqlanıb 

Oğuz rayonunda fəaliyyət göstərən kafelərin birində 34 yaşlı şəxs bıçaqlanıb.39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb.

04 Avqust 2025, 16:00