Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
Cəmiyyət 18 Sentyabr 2024, 12:24

344
Bakıda və Abşeron yarımadasında sentybarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Həmçinin oxuyun
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Çaylarda sululuq artıb
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.Bu barədə
14 May 2025, 10:44

DİN: Bank kartı sahibləri diqqətli olmalıdır, onlayn təhlükə var
Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
14 May 2025, 10:18

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,65 % artaraq 1,9019 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,44 % artaraq 2,1290 manat təşkil edib.
14 May 2025, 10:02

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.Düşən yağıntının miqdarı Balakəndə 46 (aylıq normanın 37%-i), Zaqatalada 37 (aylıq normanın 26 %-i), Sarıbaşda (Qax) 34 (aylıq normanın 21 %-i), Ağstafada 27 (aylıq normanın 51 %-i), Daşkəsəndə 23 (aylıq normanın 23 %-i), Tovuzda 22 (aylıq normanın 41 %-i), Şəkidə (Kişçay) 19, Gəncədə 14, Gədəbəy, Göygöl və Şəmkirdə 11, Şərur, Oğuz, Sədərək, Şahdağ, Şahbuz, Astara, Naftalan, Lerik, Quba, Mingəçevir, Goranboy, İsmayıllı, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Lənkəran, Yardımlı, Ceyrançöl, Tərtər, Bərdə, Naxçıvan, Ordubad, Beyləqan,...
14 May 2025, 10:01

Yeni hərbi prokuror bu məmurun kürəkəni imiş
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.Citypost.az “Axar.az”a istinadən xəbər verir ki, B.Əhmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun kürəkənidir.Qeyd edək ki, M.Məmmədov 2018-ci ildən bu vəzifədədir.
13 May 2025, 20:25

Maştağa və Bilgəhin bəzi yerlərində qaz olmayacaq
Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə 13.05.2025-ci il saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb."Azəriqaz"dan
13 May 2025, 19:00