Bakıda saxta dollarlar yayılıb -DİQQƏT
Cəmiyyət 20 Dekabr 2024, 13:51

734
Bakıda saxta valyuta ilə mobil telefon və elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib.
Citypost.az xəbər verir ki, paytaxt sakini 4 nəfər naməlum şəxsin ondan satışa qoyduğu 3 ədəd mobil telefonu alaraq əvəzində 5000 ABŞ dolları verdiyini, sonradan həmin əsginasların saxta olması ilə bağlı polisə müraciət edib.
Həmçinin oxuyun
Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı İsmayılov Elnur, 60 yaşlı Nəsrullayev İrac, 44 yaşlı Vəliyev Asif və 33 yaşlı Məmmədov İlham müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır, saxta valyutanın mənbəyi öyrənilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub....
17 İyul 2025, 10:54

Mehdidən sonra anası da öldü
İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.CityPost.az “Oxu.az”a istinadən xəbər verir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.Partlayış zamanı mənzildə iki uşaq olub. Onlardan biri, 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.Övladının ölüm xəbərini bu gün öyrənən ana da onun itkisinə dözməyərək ölüb.Mənzildəki digər uşaq sağdır. Məlumata görə, uşaqların atası onlarla yaşamırmış.Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış....
16 İyul 2025, 11:08

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana səfərə gəlib.CityPost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Türkmənistan Xalq Məsləhətinin sədrini Azərbaycanın Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
16 İyul 2025, 10:50

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.
15 İyul 2025, 17:15

Prezident SƏRƏNCAM imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılıb.Sərəncamla Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılıb.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn...
15 İyul 2025, 17:11

Kəmaləddin Heydərov Aygün Kazımovanı seçibmiş - Maraqlı FAKT
Kəmaləddin Heydərov yazdı,Aygün Kazımova oxudu – Baba Vəziroğlu həmin tarixçədən DANIŞDI Son günlər sosial şəbəkələrdə "Səndən nigaranam" mahnısının trend olması müşahidə olunur.Tiktok platformasında bir çox istifadəçilər xalq artisti Aygün Kazımovanın ifasında olan bu mahnının sədaları altında paylaşımlar edirlər.CityPost.az xəbər verir ki,Oxu24.com sosial şəbəkələrdə yenidən viral olan "Səndən nigaranam" mahnısının tarixçəsi barədə araşdırma edib.Məlumat üçün qeyd edək ki, mahnının musiqisi fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. O,bəstələrini "Kamal" təxəllüsü ilə dinləyicilərə təqdim edir.Bəs,Kəmaləddin Heydərov bu mahnını necə ərsəyə gətirib?Bu suallara cavab tapmaq məqsədi ilə Oxu24.com saytının əməkdaşı mahnının sözlərinin müəllifi olan nəğməkar şair Baba Vəziroğlu ilə müsahibə alıb.Sözügedən müsahibəni təqdim edirik:-Baba müəllim,istərdim ki, dünyaya səs salan ortaq işinizin tarixçəsindən danışaq."Səndən nigaranam" necə yarandı?-...
15 İyul 2025, 17:03