Zelenski: Putin ABŞ-dən qorxur
Dünya 16 İyul 2025, 14:45

1545
Rusiya prezidenti Vladimir Putin ABŞ-dan qorxur.
CityPost.az xəbər verir ki, bunu “Newsmax” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Buna sübut kimi o, ABŞ prezidentinin elçisi Keyt Kelloq və digər rəsmi nümayəndələrin Ukrayna paytaxtına səfəri zamanı Rusiyanın Kiyevi atəşə tutmasının intensivliyinin azaldığını göstərib.
"Kelloqq gəldi və iki gecə ardıcıl olaraq heç bir kütləvi partlayış baş vermədi", deyə Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, bu, bir şeyi deyir: "Putin Amerikadan qorxur. Mən hər zaman bu barədə danışmışam. Prezidentə də. Hər halda, Putin Amerikadan qorxur. Mən buna əminəm".
Zelenski qeyd edib ki, Kelloqun səfəri və ümumilikdə ABŞ-ın diqqəti Kremlə məhdudlaşdırıcı təsir göstərir.
Ukrayna lideri Donald Tramp və Co Baydenin müharibənin həllinə yanaşmaları arasında paralellik də aparıb.
“Prezident Tramp Putinə bu müharibəni bitirmək şansı verir”, - deyə Zelenski bildirib.
Həmçinin oxuyun
Zelenskinin sözlərinə görə, ABŞ prezidenti Putinin ona yalan danışdığını anlayır.
"Onun bunu özü görməsi və başqasından öyrənməməsi vacibdir", - Zelenski vurğulayıb. "Biz atəşi dayandırmaq üçün ABŞ-ın bütün təşəbbüslərini dəstəklədik, mən prezident Trampın bütün təşəbbüslərini dəstəklədim. Və o, reallığı gördü: Putin bir şey deyir, sonra da bombalayır. O, müharibənin bitməsini istəmir".
Zelenski müdafiə sazişlərində irəliləyişlər barədə də məlumat verib. Onun sözlərinə görə, Ukrayna Patriot sistemlərinin alınmasına xüsusi önəm verir və o, Ağ Evdən müsbət siqnal alıb.
Bundan əlavə, yeni sanksiyalar paketi müzakirə olunur. Senatda baxılan ikitərəfli qanun layihəsi ABŞ prezidentinə Çin, Hindistan və Braziliya kimi Rusiyaya kömək edən ölkələrdən idxala 500%-ə qədər rüsum tətbiq etmək səlahiyyəti verir.
"ABŞ və Ukraynadakı analitiklər, maliyyəçilər, eləcə də kəşfiyyat xidmətləri başa düşürlər ki, Amerikada hazırlanan sanksiyalar Rusiyanın gəlirlərinə və dünyanın potensialına təsir edəcək. Çünki o, artıq neft, qaz və digər resurslar hesabına müharibə üçün külli miqdarda pul qazana bilməyəcək", - Zelenski yekunlaşdırıb.
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İspaniya İsraildən raket almaqdan imtina etdi
İspaniya təxminən 825 milyon dollar dəyərində İsraildən raket buraxılış qurğularının alınması ilə bağlı müqavilədən rəsmən imtina edib.CityPost.az xarici mediaya istinadən xəbər verir ki,ləğv edilmiş müqaviləyə əsasən, Madrid Elbit Systems tərəfindən hazırlanmış İsrailin PULS platformasının uyğunlaşdırılmış versiyası olan 12 SILAM çoxsaylı buraxılış raket sistemi almağı planlaşdırırdı.Mənbələrin bildirdiyinə görə, hakimiyyət İsrailin silah və texnologiyasını silahlı qüvvələrdən tamamilə silmək məqsədi ilə müdafiə satınalmalarına genişmiqyaslı baxış keçirir.Bu həftə baş nazir Pedro Sanchez Qəzzadakı vəziyyətlə əlaqədar İsraili beynəlxalq idmandan uzaqlaşdırmağa çağırıb.Bundan əvvəl Sançes hökuməti Madridin Fələstin anklavında "soyqırım" adlandırdığı hadisəyə son qoymaq üçün tədbirləri açıqlamışdı.Yeganə...
16 Sentyabr 2025, 13:33

Belarusiyadan Rusiya ilə bağlı qərar
Lukaşenko Rusiya ilə bağlı fərman imzalayıb.CityPost.az xəbər verir ki, Belarus parlamentinin Nümayəndələr Palatası (aşağı palatası) respublika ilə Rusiya arasında vətəndaşların xarici dövlətlər və beynəlxalq ədliyyə orqanları tərəfindən əsassız təqiblərdən qarşılıqlı müdafiəsi tədbirləri haqqında sazişi ratifikasiya edib.Qeyd olunur ki,sənəd martın 13-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında görüş zamanı imzalanıb.Nigar
16 Sentyabr 2025, 12:52

Netanyahu Qəzza əməliyyatının intensiv mərhələsinin başlandığını təsdiqləyib
İsrailin baş naziri Benyamin Netanyahu radikal HƏMAS hərəkatını məğlub etmək üçün Qəzza şəhərinə genişmiqyaslı hücumun başladığını təsdiqləyib.CityPost.az Ynet portalına istinadən xəbər verir ki, o, bu barədə korrupsiya işi üzrə ifadə verməzdən əvvəl açıqlama verib."Biz Qəzzada intensiv əməliyyata başladıq", - baş nazir bildirib. O, iş qrafikinin sıxlığını bu hallarla əsaslandırıb və buna görə də onun iştirakı ilə keçirilən müntəzəm dinləmələrin təxirə salınmasını istəyib.Miri...
16 Sentyabr 2025, 12:34

BMT-nin Beynəlxalq Təhqiqat Komissiyası: İsrailin Qəzzadakı hərəkətləri soyqırımdır
Birləşmiş Millətlər Təşkilatının (BMT) İşğal olunmuş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası İsrailin Qəzzada soyqırım törətdiyini bəyan edib və bütün ölkələri bu soyqırımı dayandırmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb. CityPost.az xəbər verir ki, hesabatda qeyd olunub ki, İsrail mülki və hərbi rəsmilərinin ifadələri, eləcə də İsrail təhlükəsizlik qüvvələrinin hərəkətləri bu soyqırım aktlarının Qəzzada fələstinliləri bir qrup olaraq tam və ya qismən məhv etmək niyyəti ilə törədildiyini nümayiş etdirir.Hesabat BMT-yə üzv dövlətləri soyqırımı törətmək üçün istifadə oluna biləcək silah və digər avadanlığın İsrailə təhvil verilməsini dayandırmağa, onların ərazisində yerləşən ayrı-ayrı şəxslərin və şirkətlərin soyqırıma yardım və ya təşviqatını...
16 Sentyabr 2025, 12:19

Rusiyanın bəzi yerlərində dərslər distant olacaq
Ukrayna Silahlı Qüvvələrinin hücumlarına görə Belqorod və Belqorod rayonundakı təhsil müəssisələri distant təhsilə keçib.CityoPost.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib."Sabah, cümə axşamı və cümə günü - Belqorod rayonunun və Belqorodun bütün təhsil müəssisələrində distant təhsil",deyə vilayət rəhbəri bildirib.Müşərrəf
10 Sentyabr 2025, 13:19

Trampın Avropaya Çağırışı: Çin və Hindistana 100% tariflər tətbiq edin
Financial Times-a (FT) üç məlumatlı mənbənin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etmək üçün Avropa İttifaqından Çin və Hindistandan gələn mallara Rusiya neftinin alınmasına görə rüsumları 100%-ə qaldırmağı tələb edib.CityPost.az xəbər verir ki, Ağ Ev rəhbəri tələbini ABŞ və Avropanın yüksək rütbəli rəsmilərinin Vaşinqtonda Moskvaya təzyiqlə bağlı birgə tədbirlərin müzakirə olunduğu görüşdə səsləndirib. FT-nin həmsöhbətlərindən birinin qeyd etdiyi kimi, ABŞ açıq şəkildə bildirdi ki, o da Rusiyanın enerji resurslarının alıcılarına 100% tariflər tətbiq etməyə hazırdır, lakin “yalnız avropalı tərəfdaşlarımız bizə dəstək verərsə”.Başqa bir ABŞ rəsmisi qeyd etdi ki, ABŞ Aİ-nin Çin və Hindistana tətbiq...
10 Sentyabr 2025, 11:13